İnsan əməklə ucalır - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 139
Səs ver:
(səs: 0)
Hələ lap qədim zamanlardan əmək bəşər həyatının əsasını təşkil etmiş, insanın məhz insan kimi formalaşmasında həlledici mahiyyət daşımışdır. Ibtidai insanlar zəruri faydalı əməklə məşğul olmuş və öz tələbatlarını onunla ödəmiş, zəruri yaşayış nemətlərini, əşyalarını onunla əldə etmişlər.
Əmək insan həyatının əsasını təşkil edir. Təsadüfi deyil ki, tarix boyu xalq arasında əməyə dair çoxlu atalar sözü və məsəllər yaranmış, bir çox sənətkarlarımız öz əsərlərində əməyi tərənnüm etmiş, əməkçi insan surətləri yaratmış, əməyin xariqələr yaradan qüdrətindən bəhs etmişlər.
«İş insanın cövhəridir», «İşləməyən dişləməz», «Əmək xoşbəxtliyin açarıdır» və s. kimi hikmətli kəlamlar çox maraqlı xalq deyimləridir. Dahi şairimiz Nizami Gəncəvi öz əsərlərində əmək adamlarını dərin məhəbbətlə təsir etmiş və əməyə yüksək qiymət vermişdir. Bu cəhətdən şairin «Sirlər xəzinəsi» poemasındakı «Kərpickəsən kişinin dastanı» hekayəti çox maraqlıdır. Burada göstərilir ki, Şam şəhərində kərpic kəsmək kimi ağır zəhmətlə məşğul olan bir qoca kişi yaşayırmış. O, əyninə öz əlinin zəhməti ilə otlardan biçdiyi köynək geyir, kərpic kəsib dolanırmış. Bir gün gənc bir oğlan kərpickəsən qocanın yanına gələrək bir qarın çörək üçün belə bir ağır zəhmət tələb edən işlə məşğul olmamasını ona məsləhət bilir. Qoca kişi cavan oğlanın məsləhətlərindən narazı qalaraq ona belə cavab verir:

Cavansan belə cahillik etmə,
Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə,
Mən bir kəsə deyiləm xəznədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac,
Onunçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcaiətə.
Məni bu ruzi üçün günahkar sayma, bəsdir,
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.

Qocanın haqlı və ədalətli sözləri gəncə çox böyük təsir göstərir və o, hərəkətindən peşman olaraq üzr istəyərək çıxıb gedir.
Nizaminin qocanın dili ilə dediyi sözlərdən göründüyü kimi, şair əməyə insana sərbəstlik verən, onu başqalarının qarşısında boyun əyib, əl açmaqdan xilas edən bir vasitə kimi baxır. Nizami həyatın mənasını zəhmətdə görür və göstərir ki, insan gərək əməyi sevsin və bununla da ən fəal insanların cərgəsinə daxil olsun. Zəhmətə alışmış hər kəs həyatın da əsl mənasını və gözəlliyini dərk edə bilər.

Şərəfli əmək insanı ucaldır, ona şöhrət gətirir. ölkəmizdə öz halal əməyi, alın təri ilə ucalan xeyli sayda əmək qəhrəmanları vardır. Bunlara misal olaraq Şamama Həsənova, Sərdar İmrəliyev, Vəsilə Zahidova, Tərlan Musayeva və başqalarını göstərmək olar. Bu adamların hamısı öz əməkləri ilə ucalmış, cəmiyyətimizin adlı-sanlı adamlarına çevrilmişlər. Bu gün ölkəmizdə iqtisadi vəziyyət müvəqqəti olaraq çətindir, güzəranımız o qədər də xoşagələn deyildir. Lakin mən əminəm ki, hər şey çox tezliklə düzələcək, əmək yenə də həyatımızın əsas prinsipinə çevriləcək, iqtisadi vəziyyətimiz əvvəlkindən də gözəl olacaqdır. Vətənimiz məhz şərəfli əməklə ucalacaq, tərəqqi edəcəkdir.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 139
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
❤Ə❤CANAN❤G❤
Sitat: vipbetul
Şərəfli əmək insanı ucaldır, ona şöhrət gətirir. ölkəmizdə öz halal əməyi, alın təri ilə ucalan xeyli sayda əmək qəhrəmanları vardır.
25 fevral 2019 15:03
3
canan qizim sirin seker qizim.
Offline
Love Angel
Cavansan belə cahillik etmə,
Əl çək acı sözlərdən, mənə ağıl öyrətmə,
Mən bir kəsə deyiləm xəznədən ötrü möhtac,
Əlimin zəhmətilə toxdur gözüm, deyil ac,
Onunçün öyrətdim ki, əlimi bu sənətə,
Bir gün sənə əl açıb düşməyim xəcaiətə.
Məni bu ruzi üçün günahkar sayma, bəsdir,
Düşünsən bilərsən ki, dediklərin əbəsdir.
25 fevral 2019 14:22
2
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
vipbetul
Şərəfli əmək insanı ucaldır, ona şöhrət gətirir. ölkəmizdə öz halal əməyi, alın təri ilə ucalan xeyli sayda əmək qəhrəmanları vardır.
25 fevral 2019 09:43
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri