Kim və nə cür olmaq? (qəzet məqaləsi) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 963
Səs ver:
(səs: 0)
Kimsə deyə bilər ki, bu barədə düşünmək hələ tezdir, hələ çox şey dəyişəcək, bir çox şeylər haqqında hələ xəyal etmək olar. Mən bununla razı deyiləm.

Hər hansı bir sənəti seçərkən, insan öz gələcək həyatını planlaşdırır. Əlbəttə ki, insan öz sənətini gələcəkdə dəyişə bilər, lakin bu - vaxtın itirilməsilə, streslə və məişət çəkişmələri ilə nəticələnir. Daha yaxşısı odur ki, sevimli sənət birdəfəlik mənimsənilə və həmişəlik insana xidmət edə. Özünü tamamilə sənətə həsr edən insan, bunun müqabilində həyatında stabil maddi təminata və uğura bel bağlaya bilər.

Müasir cəmiyyət işçiyə, onun sənətindən asılı olmayaraq, zəmanəyə uyğun tələblər qoyur. Belə ki, təqribən iyirmi il əwəl işçiyə vaxtlı-vaxtında işdə olmaq və ağır, məşəqqətli işləri görmək tələb olunurdusa, artıq indi hər şey başqa cürdür. İşçidən profesionallıq, dəqiqlik və səliqəli olmaqdan əlavə, həmçinin situasiyaya dəqiq və adekvat reaksiya vermək, müxtəlif hərəkət variantlarını hesablamaq və s. tələb olunur. Burada personal kompyuterdən istifadə etmək böyük rol oynayır. Demək olar ki, professional mühitdə uğur qazanmaq istəyən insanın, gərək informatikadan ən azı ibtidai bilgiləri olsun. Gələcək sənəti seçərkən gərək yuxarıda sadalananlar nəzərə alınsın.

Tək işgüzarlıq və profesionallıq işçini qiymətli və lazımlı etmir. Bunlarla yanaşı, insani xüsusiyyətlər mühüm əhəmiyyət kəsb edir: ünsiyyətlilik, nəzakətlilik, alicənablıq və mərhəmət. Bu keyfiyyətlərə malik insan gündəlik işgüzar fəaliyyətdə öz fərdiliyini, özünəməxsus müsbət cəhətləri və s. itirməz. Axı, iş ağır yük deyil, sadəcə müasir insanın vəzifəsidir. Və gələcək sənəti seçərkən, bir şeyi ciddi surətdə yadda saxlamaq lazımdır: gərək seçimimizi düz edək ki, sonradan problemlərlə rastlaşmayaq.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 963
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri