"Kitabsız bir ömrün nə mənası var" (S.Vurğun) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 133
Səs ver:
(səs: 0)
Kitab bilik mənbəyi, qiymətli elmi xəzinədir. Kitab bir nəslin o biri nəslə qoyub getdiyi milli sərvət, mənəvi vəsiyyətdir. Bəşəriyyətin bütün həyatı kitablarla öz əksini tapmışdır. Qəbilələr, insanlar, dövlətlər yox olub getmiş, kitablar isə qalmışdır.

Kitab mədəniyyətdir, kitab mənəvi sərvətdir, kitab inkişafdır, tərəqqidir. Hər bir millət özünün mənəvi dünyasını kitab vasitəsilə yeni nəslə çatdırır. Biz Nizami poemalarını, Füzuli qəzəllərini, Vaqif qoşmalarını, Mirzə Fətəli komediyalarını məhz kitabdan oxuyur, onların mənəvi təsiri ilə tərbiyə alır, onlardan nümunə götürürük. Vətənə məhəbbət, mənəvi saflıq, yüksək insani keyfiyyətlər, nəcib duyğular, sədaqət, səmimiyyət, dostluq, humanizm, xeyirxahlıq, vətənpərvərlik və s. kimi yüksək insani cəhətlər yazılmış və yazılmaqda olan neçə-neçə kitabda öz bədii əksini tapmış, onu bəşər övladı üçün tərbiyə vasitəsinə çevirmişdir.

Mən kitab oxumağı çox sevirəm. Kitabların mənim həyatımda çox böyük rolu vardır. Maksim Qorki çox yaxşı demişdir: «Məndə olan bütün yaxşı cəhətlərə görə kitablara borcluyam». Mən də bədii ədəbiyyatı sevə-sevə oxuyur və oradakı müsbət qəhrəmanlardan nümunə götürür, onlara oxşamağa çalışıram. Lap bu yaxınlarda yazıçı Yusif Əzimzadənin «Yenə də görüşəcəyik» əsərini oxudum. Əsər mənim çox xoşuma gəldi. Müəllif bu əsərində bütün çətinliklərə qarşı qətiyyətlə mübarizə aparan, qorxmaz, öz sənətini dərin məhəbbətlə sevən mətin insan obrazı yaratmışdır. Əsərin qəhrəmanı hər dəqiqə çətinliklərlə üzləşməli olur, nəticədə qələbə qazanır.

Sözsüz ki, hər adamın öz sevdiyi kitablar, qəhrəmanlar vardır. Mənim də ən çox sevdiyim kitablar Hüseyn Abbaszadənin «General», Salam Qədirzadənin «46 bənövşə», imran Qasımov və Həsən Seyidbəylinin birgə yazdığı «Uzaq sahillərdə», ilyas Əfəndiyevin «Üçatılan» və Əzizə Cəfərzadənin «Aləmdə səsim var mənim» əsərləridir.

Mən həm də şeir həvəskarıyam. Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun, Mikayıl Müşfiqin, Bəxtiyar Vahabzadənin şeirlərini böyük həvəslə oxuyuram. S.Vurğunun «Aygün», Bəxtiyar Vahabzadənin «Etiraf», «Şəbihicran » adlı poemaları xüsusilə, xoşuma gəlir.

Oxuduğumuz hər bir kitabdan lazımı nəticələr çıxarır, faydalı məsləhətlər əldə edirəm.

Bu dünyanın hər sirrini,
Bizə deyir bu kitablar,
Ömrümüzün yollarına,
Nur çiləyir bu kitablar.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 133
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Love Angel
Kitablar həyatımızda mühüm rol oynayır.
14 mart 2019 14:34
2
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
vipbetul
Bu dünyanın hər sirrini,
Bizə deyir bu kitablar,
Ömrümüzün yollarına,
Nur çiləyir bu kitablar.
14 mart 2019 09:59
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri