Quşların həyəcan təbili (hekayə) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 1 295
Səs ver:
(səs: 0)
Yayda mən valideyinlərimlə birgə meşədə istirahət edirdim. Biz istirahət bazasında məskunlaşmışdıq. Bizim sakin olduğumuz ev şam ağaclarının arasında yerləşirdi və evin pəncərələri ağacların budaqlarına açılırdı. Səhər mən yuxudan durarkən şam ağacından şam ağacına tullanan dələləri gördüm. Onlar ac olduqda ağaclardan yerə düşürdülər.

Hər dəfə biz meşənin dərinliklərinə göbələk və giləmeyvə yığmağa yollandıqda quşlar həyəcanlı şəkildə qışqırışırdılar və bu səs-küyün əkssədası küknar ağaclarının təpələri ilə zəncirvari formada uzaqlara doğru ötürülürdü. Mən belə güman etdim ki, bizim yaxınlığımızdakı quşlar uzaqdakı quşları insanların yaxınlaşması barədə xəbərdarlıq edirlər. Onlar həyəcan təbili çalırlar. Atamla anam mənim mülahizəmi təsdiq etdilər. Atam dedi ki, insanlar çox vaxt öz məsuliyyətsizliklərindən meşədə yanğınlar törədir və ya quş yuvalarını dağıdırlar, buna görə də meşə sakinləri insanlardan qorxurlar.

Bu cür şeyləri edən insanların hərəkətləri mənə çox ağır gəldi və toxundu, lakin quşların bu cür narahat hərəkətlərini gördüyümə çox şad oldum. Gələcəkdə mən çalışacağam ki, onları qorxuzmayım və narahat etməyim. Axı, təbiəti dağıtmadan da onu seyr etmək olar!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 295
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri