Mirzə Fətəli Axundovun "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Şahbaz bəy obrazı - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 31
Səs ver:
(səs: 0)
Böyük mütəfəkkir Mirzə Fətəli Axundov Azərbaycan ədəbi-mədəni fikir tarixində görkəmli dramaturq, incə ruhlu şair, dərin zəkalı filosof və realist nəsrin banisi kimi tanınmışdır. O yalnız Azərbaycan ədəbiyyatında deyil, bütün Şərq aləmində böyük islahatçı kimi şöhrətlənmiş, öz xalqının tərəqqisi uğrunda çalışmış, bütün ömrü boyu milli-mənəvi dəyərlərimizin keşiyində dayanmışdır. M.F.Axundovun Azərbaycan ədəbiyyatına gətirdiyi ən böyük yeniliklərdən biri milli dramaturgiyanın əsasını qoymasıdır. Ədib 1850-1855- ci illər arasında bir- birindən maraqlı altı komediya yazmışdır. Onun geniş şöhrət qazanmış əsərlərindən biri də "Hekayəti-müsyö Jordan həkiminəbatat və dərviş Məstəli şah caduküni-məşhur" (1850) komediyasıdır.

Komediya ideya-məzmun xüsusiyyətlərinə görə "Hekayəti-Molla Ibrahim Xəlil kimyagər" əsəri ilə yaxından səsləşir. "Zülmət səltənətində” hökm sürən geriliyin, mənəvi ətalətin tənqidi bu komediyada da başlıca yer tutur. Əsərdə müəllif yalançı kimyagərlərin min bir fırıldaqla xalqı aldatdıqlarını çox təbii və inandırıcı səhnələrlə təsvir etmişdir. Hətəmxan ağa, Şahbaz bəy, Şərəfnisə xanım, Xanpəri, dərviş Məstəli şah və digər obrazların simasında dramaturq əsərin əsas ideyasını açmaq üçün o dövrün sosial mənzərəsini yaratmağa müvəffəq olmuşdur.

Komediyanın əsas müsbət qəhrəmanı Şahbaz bəydir. Şahbaz bəy XIX əsr Azərbaycan ədəbiyyatında yenilikçi meyilləri özündə cəmləşdirən bir surətdir. O, yarımçıq da olsa, rusca təhsil almışdır. Elmin, təhsilin əhəmiyyətini başa düşdüyünə görə daim işıqlı arzularla yaşayır, təhsilini və dünyagörüşünü artırmaq üçün Fransaya getmək istəyir.

Şahbaz bəyin yaşadığı dövrdə mütərəqqi fikirli gənc mülkədarlarda Avropaya getmək, xarici dilləri öyrənmək meyli çox güclü idi. Şahbaz bəy də digər gənc müasirləri kimi bu gerilik girdabından çıxmağa çalışır, yeni və mədəni həyata can atır. Bu baxımdan onun nişanlısı Şərəfnisə xanıma dedıyi sözlər çox səciyyəvidir: "Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət, izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sansız”

Şahbaz bəyi bu həyatda hər şey sıxır, o, bu cansıxıcı patriarxal həyatdan uzaqlaşmaq üçün yollar axtarır. Çıxış yolunu Qarabağa gələn fransalı alim müsyö «Jordana qoşulub Avropaya getməkdə görür. O, fransız dilini, qabaqcıl Avropa mədəniyyətini öyrənmək və bundan sonra Tiflisdə dövlət qulluğuna girmək üçün əlinə düşən fursətin əhəmiyyətini yaxşı başa düşür. Lakin o, gənc, təcrübəsiz və geriliyə qarşı mübarizədə zəif olduğuna görə öz məqsədinə nail ola bilmir.

Şahbaz bəy öz məqsədini əmisi Hətəmxan ağaya bildirəndə o tərəddüd etsə də, qonağı müsyö Jordanın xahişini yerə sala bilmir. Arvadı Şəhrəbanu xanımın bütün etirazlarına baxmayaraq "arvad, dəxi nə eyləyək, qoy getsin" - deyə razılığını bildirir. Komediyanın dramatik konfliktinin ən başlıcası isə Şahbaz bəylə dərviş Məstəli şah arasında inkişaf etdirilir.

Həm ailədaxili, həm də dərviş Məstəli şahla Şahbaz bəy arasında baş verən hadisələr gənc mülkədarın Parisə getməsinə ciddi əngəllər törədir. Hadisələrin sonrakı inkişafı bu ziddiyyətlərin daha da kəskinləşdiyini göstərir. Əmisi arvadı Şəhrəbanu xanımla qızı, yəni Şahbaz bəyin nişanlısı Şərəfnisə xanım birləşərək irandan gəlmiş dərviş Məstəli şahı bu problemi həll etmək üçün Təklə Muğan obasına dəvət edirlər. Hiyləgər və kələkbaz Məstəli şah sadəlövh qadınları aldatmaq üçün min cür dona girir, öz cadusunu tərifləyir, hər şeyə qadir olduğunu sübut etməyə çalışır və qadınları inandırmağı bacarır.

Sadəlövh qadınlar Məstəli şahın dediklərinə qəlbən inanır, onun yalançı güc və qüdrəti qarşısında heyrətə düşürlər. Məstəli şah Parisi dağıdacağına, cinləri və şeytanları ram edəcəyinə söz verir. Bunun üçün isə o, qadınlardan "yüz bacaqlı" qızıl pul verməyi tələb edir.

Komediyanın sonu maraqlı bir səhnə ilə bitir. Məstəli şah düzəltdiyi oyuncaq şəhərin - Parisin modelini çomaqla dağıdır, "gözünüz aydın olsun, xanım, Paris dağıldı" - deyə Şəhrəbanu xanımı muştuluqlayır.

Bu səhnədə M.F.Axundov maraqlı bir məsələyə toxunmuşdur. 1848-ci ildə Fransada baş verən inqilabla dərviş Məstəli şahın qurduğu oyun eyni vaxta təsadüf edir. Beləliklə, avam qadınlar Məstəli şahın Parisi alt-üst etdiyinə inanırlar. Mənəvi gerilik və avamlar aləmi qalib gəlir, Şahbaz bəy Parisə gedə bilmir.

Bu komediyada yeniliklə köhnəliyin mübarizəsi çox inandırıcı dramatik səhnələrdə təsvir edilmiş və müəllif əsərin ideyasını böyük uğurla tamaşaçılara çatdıra bilmişdir.

"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə yeni və müasirdir. Əsər öz əhəmiyyətini indi də saxlayır.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 31
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Love Angel
"Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" komediyası həm məzmununa, həm də sənətkarlıq xüsusiyyətlərinə görə yeni və müasirdir. Əsər öz əhəmiyyətini indi də saxlayır.
24 aprel 2019 21:42
2
-"Bitti" dediğin anda yeniden başlarmış insan. Başka yerde, başka şekilde, başka hayatlarla. Mutsuz, tedirgin, ama "Yeniden" Ve bitti dediğinde durduğunu zannetdiğin her şey, yeniden yepyeni güzellikler için çarpmaya devam edermiş. Yani nefes alıyorsa insan, "Umut" var demekmiş.
Offline
diablo
Mektebliler ucun ela xeberdi
24 aprel 2019 15:05
1
Nece izah ede bilmeyeceyim ucun susdugum seyler var

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri