Mənim sevimli filmim - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 57
Səs ver:
(səs: 0)
Müxtəlif növ kinolar arasında (komediya, romantik dram, vestern, macəra filmləri, polis dramı və ya detektiv filmlər, psixoloji triller, qorxulu filmlər, tarixi filmlər), mənim ən çox xoşladığım filmlər - komediya və romantik dramlardır. Çünki bu filmlər şəndir və insana optimizm bəxş edir. Mən, qorxulu kinoları sevmirəm və fikrimcə, belə filmlərin xeyirindən çox ziyanı var. Bəzən mən, polis dramına və ya tarixi filmlərə tamaşa edirəm, lakin bu filmlər mənim elə də xoşuma gəlmir. Mən burada, öz sevimli filmlərimdən biri haqqında söhbət etmək istəyirəm - Marqaret Mitçellin romanı əsasında çəkilmiş «Küləklərlə sovrulmuş» filmi. Kinodakı aktyorların ifası mənim çox xoşuma gəlir, təəssüf ki, rejissorun adı yadımda deyil.

Skarlett Oxara - insan vücudunu lərzəyə gətirən obrazdır və bu surətə bənzər digər bir canlı, bir personaj tapmaq həmişə müvəfləq olmur (filmdəki bu rol, Vivyen Li tərəfindən ifa olunmuşdur). Marqaret Mitçellin qələmə aldığı bu qəhrəman surət oxucunu nə qədər valeh edirsə, əsərin əsasında kinonu yaratmış insanlar, bu personajı bəlkə də kitabdan daha gözəl ifa etmişlər.

Film boyu Skarlettin başına o qədər sınaq və bəlalar gəlir ki, o, iti ağlının və güclü mənəvi qüvvəsinin hesabına bu çətinliklərin öhdəsindən layiqincə gəlir. Skarlett nəinki bəlalardan sağ-salamat çıxır, həmçinin bununla yanaşı, bu qəddar dünyada mənəvi dəyərlərini saxlayır və inkişaf etdirir.

Skarlett - vətəndaş müharibəsi keçirən Amerikanın simvoludur, tamahkarlıq hərisliyin qurbanı, lakin bununla belə daxili gözəlliyini itirməyən bir qəhrəmandır.

Hətta onun adı, son anlarda, əsər nəşriyyatda çapa gedərkən seçilmişdir. Bu ad özündə həm idealı, həm qüsuru, həm paklığı və həm də simasızlığı birləşdirir. ingilis dilində bu ad, həm al-qırmızı gül mənasını və həmçinin, xəstəlik mənasını verir (skarlatina).

Talelər fərqli olsa da, Skarlett obrazı ilə digər bir film, «Cen Eyr» filminin baş qəhrəman personajı arasında ortaq cəhətlər çoxdur.

Bu surətlər nə qədər fərqli olsalar da, bir o qədər də oxşardırlar. Skarlett çox gözəl, şıltaq və səs-küylüdür. Cen isə elə də gözəl deyil, sadə və sakitdir. Lakin, onlar hər ikisi, həyatın çətin anlarında çox güclüdürlər. Skarlett və Cen vəfalı olduqlarına görə çoxlu məşəqqətlərə uğrayırlar. Onlar öz yaxınlarına vəfa edib özlərini çətinliklərə qərq edirlər.

Çətinlik, əzab-əziyyətlə mübarizədə hər iki qəhrəmanın əzmkarlığı və iti ağlı ilə qalib çıxmaları mənim çox xoşuma gəlir. Nəticə etibarilə insanlar onların hər ikisini qiymətləndirməyə başladılar.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 57
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
vipbetul
esasen qorxulu mafiyaya aid filimleri xosluyuram
Bu gün, 10:30
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Gözəl mövzudu bir çox filmləri sevirəm xarici rejissorların lentə aldığı filmləri daha çox sevirəm təşəkkür
11 iyun 2019 09:30
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri