Mənim sevimli ədəbi personajım - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 478
Səs ver:
(səs: 0)
Mənim sevimli bədii personajım - Eliza Dulitldir. Eliza - Bernard Şounun məşhur komediyası olan «Piqmalion»un qəhrəmanıdır. Elizanın 18 yaşı var, o, kokni ləhcəsində güclü aksentlə danışır. O, cəmiyyətin aşağı təbəqələrindən çıxmışdır. Eliza Londonun küçələrində gül satmaqla özünü dolandırır.

Bir dəfə Eliza, fonetika professoru Henri Hiqqinslə rastlaşır. Hiqqins Elizaya, onun diksiyasının və davranış qaydalarının düzəldilməsində köməklik edir. Hiqqins Pikerinqlə bəhsləşir və Hiqqins ona deyir düz 6 aya o, Elizanı Hersoqinyaya təqdim edəcək. Beləliklə, altı ay keçməmiş Eliza cəmiyyətin yuxarı təbəqələrinə təqdim olunmaq üçün artıq hazır idi. Pikerinq və Hiqqins Elizanı kralın nahar süfrəsinə və bayram şənliyinə aparırlar.

Hər şey yaxşı və problemsiz keçdiyindən professor Pikerinqlə etdiyi bəhsdə qalib gəlir. Bəs, bu oyun qurtardıqdan sonra qızın taleyi necə olacaq? Eliza müəyyən mədəni inkişafa nail olmuş və istəyir ki, hansısa faydalı bir işlə məşğul olsun. Hər bir halda, o bir daha küçədə gül satmaq istəmir. Ona ehtiram və müstəqillik lazımdır.
Elizanın ağlının itiliyi, yumor hissi və mənəvi cəhətcə güclü olması mənim çox xoşuma gəlir. Eliza surəti bizlərə bir daha görsədir ki, adi, sadə insanlarda nə qədər böyük
realizasiya olunmamış istedad və bacarıq gizlənməkdədir. Və bu istedadları üzə çıxarmaq lazımdır. Eliza, ağlı və əzmkarlığı vasitəsilə həyatda bir çox uğurlara müvəffəq olur. Nəticə olaraq insanlar onu daha da qiymətləndirməyə başlayırlar.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri