Mənim rəfiqəm - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 26
Səs ver:
(səs: 0)
Mənim çoxlu dostlarım var. Lakin ən yaxşı rəfiqəm - Nərgizdir. Onun on altı yaşı var. O, bəstəboylu və özünəxas gözəl bir qızdır. Sarı saçları, fındıqburun burnu var. O, eynək taxır və yaz gəldikdə onun üzü çil-çil olur. Lakin bütün bunlar, onu kifir etmir. Mənim Nərgiz xoşuma gəlir, çünki o, tərbiyəli, xoşxasiyyət və xeyirxah qızdır. O, məktəbdə yaxşı oxuyur, baxmayaraq ki, onun pozulmaz bir qaydası var: heç vaxt gecə dərs oxumamaq, sabaha nə qədər yazı tapşırıqları qalsa da belə.

O, bədii ədəbiyyatı çox sevir və bəzən də ona bir kitab bəs eləmir, o, eyni zamanda bir neçə kitab oxuyur. Mənim rəfiqəmin evində çoxlu sayda kitab var. O, hara getməsindən və hara səfər etməsindən asılı olmayaraq, kitab almağı çox xoşlayır. Nərgiz belə söyləyir ki, kitablar hər bir vaxt faydalıdır və onlar hər vaxt gərək onun əlinin altında olsun. O, bu barədə belə fikirləşir ki, çoxlu sayda kitablardan ibarət kitabxanaya sahib olmaq daha rahatdır, nəinki bütün bunları başda toplamaq.

Nərgiz idmanla da məşğul olur. O, bizim məktəbin qızlardan ibarət basketbol komandasının üzvüdür. O, çox cəld və qüvvəlidir. Onun basketbol oynamağına tamaşa etmək çox maraqlıdır, məxsusən onun atdığı üç xallı ötürmələri çox gözəldir.

Mən heç bir şey xoşlamayan insanları sevmirəm, onlarla ünsiyyət saxladıqda adamın ruhu əziyyət çəkir. Buna görə də, mən Nərgizi bir dost kimi çox qiymətləndirirəm. O, dünyada ən məzəli və yumorlu insandır. O, belə hesab edir ki, hətta imtahandan kəsildikdə belə bunu yumorla qarşılamaq lazımdır. Nərgiz şən qızdır və daim incə zarafatlar etməklə dostlarının keflərini qaldırır. Lazım gəldiyi hallarda isə çox ciddi olur. Elə bil, həmin adam deyil. Maraqlıdır, onun üzü lazım gəldikdə çox məzəli bir forma və lazım gəldikdə isə qeyri-adi bir ciddiyyət alır.

Mənim rəfiqəmin öz təxəyyülü və öz üslubu var. O, gözəl inşalar yazır. Hətta bir dəfə o, məktəbimizin divar qəzetində hər il keçirilən qısa hekayələr müsabiqəsində birinci yer tutmuşdu.

Biz Nərgizlə yaxşı dostları

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 26
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Mənim realda refiqəm yoxdu yaxşı rəfiqələr çox azdıpff
13 iyun 2019 10:31
1
Perfect

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri