Mənim iş günüm (1) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 293
Səs ver:
(səs: 0)
Mən saat yeddiyə on beş dəqiqə qalmış yuxudan oyanıram. Yataqdan qalxaraq radionu qoşur və musiqi altında səhər gimnastikası edirəm. Sonra mən vanna otağına keçib əl-üzümü və dişlərimi yuyuram.

Bu işlərə mən çox vaxt itirmirəm, bunlar birlikdə 10-15 dəqiqədən çox çəkmir. Bunun ardınca geyinir və səhər yeməyi yemək üçün masa arxasında otururam. Adətən, səhərlər mən çay və ya kofe içib, yumurta və ya yağ-çörək yeyirəm.

Səhər yeməyindən sonra məktəbə gedirəm. Bizim dərslər saat səkkizdə başlayır. Hər gün bizim altı dərsimiz olur. Saat birdə bizim dərslərimiz qurtarır. Mən evə qayıdıram və nahar edirəm.

Naharda mən birinci bir az şorba, onun dalınca isə ət və ya balıq yeyirəm. Deserttə mən kompot içirəm və ya dondurma yeyirəm. Nahardan sonra mən anama qabları yumaqda kömək edirəm. Sonra mən dərslərimi edirəm. Dərslərimlə məşğul olmağa mən iki saat vaxt sərf edirəm. Sonra gəzməyə çıxıram.

Axşam saat səkkizdə mən axşam yeməyi yeyirəm. Şama mən salat, kolbasa ilə çörək və ya sıyıq yeyirəm, qatıq içirəm.

Axşam mən radioya qulaq asır və ya televizora baxıram. Əgər veriliş maraqsızdırsa, kinoya və ya teatra gedirəm. Bəzən də dostlarımla gəzintiyə çıxıram. Biz bir çox mövzular haqda danışırıq və vaxtımızı yaxşı keçiririk. Saat onda artıq mən yatmağa hazırlaşıram.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri