Mənim mənzilim (1) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 377
Səs ver:
(səs: 0)
Yeni tikilmiş çoxmənzilli binada bizim qəşəng mənzilimiz var. Bizim mənzilimiz dördüncü mərtəbədə yerləşir və burada hər bir müasir rahatçılıqla təmin olunmuşuq: mərkəzi isitmə sistemi, qaz, elektrik enerjisi, isti və soyuq su, lift və zibil borusu.
Mənzildə üç otaq, mətbəx, vanna otağı və dəhliz var.
Qonaq otağı mənzildə ən geniş və rahat otaqdır.
Otağın mərkəzində kvadrat nahar masası və altı stul durur. Masanın sağında divar boyu mebel durur. Mebel bir neçə seksiyalardan ibarətdir: servant, şkaf və bir neçə rəf. Əks tərəfdə isə otağı piano və kiçik stollar bəzəyir. İki böyük pəncərələrin arasında balaca masanın üzərində televizor qoyulmuşdur. Telefizorun yanlarında iki rahat kreslo durur. Otağın sol küncünü balaca dairəvi masa, divan və torşer bəzəyir. Bu balaca masa qəzet və jurnallar üçün nəzərdə tutulmuşdur. Atam divanda oturaraq qəzet və jurnalları mütaliə edərək televizora baxmağa adət etmişdir.
Yataq otağı ölçücə qonaq otağından kiçikdir və onun kimi işıqlı deyil, çünki yataq otağında cəmi bir pəncərə var. Bu otaqda iki çarpayı və onların arasında dolabça yerləşmişdir. Dolabçanın üzərində zəngli saat və çəhrayı abajurlu kiçik lampa qoyulmuşdur. Sol küncdə isə böyük güzgüsü olan bəzənmə stulu qurulmuşdur. Otaqda həmçinin, paltar asılqanları olan qurulma şkaf da vardır.
Döşəmə üzərinə qalın xalça salınmışdır, pəncərələrdə isə birrəngli açıqqəhvəyi pərdələr asılmışdır.
Üçüncü otaq mənim kabinetimdir. O böyük deyil, çox xudmanidir. Bu otaqda az miqdarda mebel - yalnız lazım olanlar yerləşdirilmişdir. Burada yazı masası ilə kreslo vardır. Sağ güncdə içərisi kitab, qəzet və jurnalla dolu kitab şkafı dayanıb. Onun yanında bir divan qurulmuşdur. Mənim fikrimcə, bu kabinet bizim mənzildə ən gözəl otaqdır.
Bizim evdə ən isti otaq mətbəxdir, hər axşam biz buraya tək yemək üçün deyil, həmçinin ünsiyyət saxlamaq və istirahət etmək üçün yığışırıq. «Mənim evim - mənim qalamdır» atalar sözündən mənim xoşum gəlir, çünki əslində elə mənim mənzilim, doğrudan da mənim qalamdır.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 377
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
her kes oz menzilini ozu isdediyi kimi dekor edib bezemek isdiyer
27 iyun 2019 10:13
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri