Mənim tədris aldığım fənlər. Mənim sevimli fənnim - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 294
Səs ver:
(səs: 1)
Biz məktəbdə çoxlu fənn keçirik. Bu fənlər: fizika, riyaziyyat, biologiya, Azərbaycan dili və ədəbiyyatı, kimya, ingilis dili, bizim ölkənin tarixi və s. Mən bilirəm ki, bütün fənlər mühümdür və bütün fənlər üçün xüsusi diqqət ayırmaq lazımdır. Amma nədənsə mən dəqiq elmləri çox da xoşlamıram. Mən onlara hazırlaşmaq üçün evdə xeyli vaxt keçirmişəm. Mən nə qədər çalışsam da, bütün bu düstur və təriflər mənim başımda qarma-qarışıqlıq salınırdı, nəticə olaraq mən heç nə başa düşmürdüm. Mənim gündə iki-üç saat oturub fizika, kimya və riyaziyyat əzbərləməkdən başqa bir çarəm qalmırdı.
Mənim sevimli fənlərim - ədəbiyyat, tarix, ingilis dilidir. Ən çox xoşladığım fənn - ingilis dilidir. Mən ingilis dilində kitablar oxuyur, ingilis dilində qəzetlərdən bəzi məqalələri Azərbaycan dilinə və ya əksinə tərcümə etməyə çalışıram. Məndə ingilis dilinə aid bir neçə soraq kitabçası var və mən ingilis qrammatikası, ingilis dilində çalışmalar etdikdə onlar mənə çox kömək edir. Ingilis dili dərsində biz dərsliklərimizdən çoxlu mətnlər oxuyuruq. Lakin mən belə fikirləşirəm ki, yazılı mətnlər və dərsliklər o qədər də mühüm deyil. Dil qabiliyyəti və bacarığını təkmilləşdirmək üçün ən əlverişli üsul - canlı ünsiyyət, habelə həmin dildə çoxlu verilişlərə qulaq asmaqdır. Eləcə də, dil laboratoriyasından istifadə etmək yaxşı nəticə verir.
Lakin bizim məktəbdə yaxşı laboratoriya yoxdur. Mən evdə dil təmsilçilərinin tələffüz kassetlərinə qulaq asaraq ingilis dili intonasiyalarını yamsılamaqla xeyli vaxt keçirirəm. Mən tələffüz üzərində çox çalışıram, çünki müəllimim deyir ki, bu sənin zəif yerindir. Bəzən mən məşğələlərdən sonra dostlarımla ingilis dilində söhbət edirəm və onlar mənə söyləyirlər ki, sən bu dildə uğurlar edirsən.
Mən sənədlərimi qəbul imtahanlarını vermək üçün təqdim etmək qərarına gəlmişəm, çünki müasir dövrdə, ölkəmizin digər dövlətlərlə iqtisadi və mədəni əlaqələrinin genişləndiyi bir çağda xarici dillərsiz keçinmək mümkün deyil. Bundan əlavə, hərtərəfli və savadlı insan olmaq üçün, ən azı bir xarici dil bilmək zəruridir.
O ki, qaldı mənə, mən ingilis ədəbiyyatını bir kəsin köməyi olmadan oxuyub və anlamaq istərdim.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 294
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri