Mənim məktəbim - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 67
Səs ver:
(səs: 0)
Mənim məktəbim üçmərtəbəli binada yerləşir. O kifayət qədər böyükdür, onun arxasında idman meydançası, binanın içərisində isə hovuz var.
Məktəbin birinci mərtəbəsində sinif otaqları, ibtidai siniflər üçün otaqlar, emalatxanalar və kitabxana vardır. Emalatxanada dəzgahlar və müxtəlif alətlər var. Hətta bizim məktəbin oğlanları üçün ağac üzərində işləmək üçün ayrıca kabinet ayrılmışdır. Həmçinin, qızlar üçün əl işləri görmək üçün kabinet vardır. Orada onlar yemək bişirmək, paltar tikmək bacarığına yiyələnirlər. Bizim məktəb kitabxanamız çox qəşəng və təmizdir. Iki nəfər kitabxanaçımız uşaqlara kitabları tapmaqda köməklik edirlər. Kitabxanada çoxlu kitab şkafları və rəflər vardır. Əgər siz məktəbə daxil olarkən sağa dönsəniz, onda böyük işıqlı yeməkxana görərsiniz. Ora həmişə səs-küylü və adamla doludur, lakin buna baxmayaraq həmişə təmizdir. Burada şagirdlər və müəllimlər nahar edirlər.
Yeməkxananın pəncərələrindən mavi pərdələr, divarlarda isə gözəl şəkillər asılmışdır.
Həmçinin, məktəbin birinci mərtəbəsində idman zalı yerləşir. Bura şagirdlər hətta, dərsdən sonra belə gəlməyi xoşlayırlar, çünki burada çoxlu sayda idman inventarı var.
Bizim məktəbdə çoxlu sinif otaqları var. Onlar işıqlı və genişdir. Hər bir otaqda üç pəncərə və pəncərənin altında bir gül dibçəyi var. Hər otaqda müəllim masası, partalar, lövhə, cədvəl, portret və divarlarda xəritə vardır.
Bizim məktəbdə kimya, fızika, biologiya, tarix, coğrafiya, ingilis dili, rus dili kabinetləri vardır.
Üçüncü mərtəbədə iclas zalı yerləşir. Orada çoxsaylı iclaslar, konsertlər və bayramlar keçirilir.
Bizim sinif otağımız ikinci mərtəbədədir və onun pəncərələri məktəbin həyətinə baxır. Bizim sinif rəhbərimiz Azərbaycan dili və ədəbiyyat müəlliməsidir. Biz ona çox hörmət edirik, o çox xoşxasiyyət və öz fənnini yaxşı bilən müəllimədir. O bizə Azərbaycan dilini tədris edir, dərsləri o qədər şövqlə keçir ki, bu fənni sevməmək mümkün deyil.
Mən öz məktəbim haqqında düşündükdə, onun partaları və divarları haqda deyil, mənim müəllimlərim və sinif yoldaşlarım haqqında düşünürəm. Onlar həmişə mənimlə olacaqlar. Mən, bizim üçün çəkdikləri zəhmətə görə öz müəllimlərimə daim minnətdaram.

(səs: 0)
Şərhlər: 4
Baxılıb: 67
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli movzudur mektebliler ucun
1 iyul 2019 09:46
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Selena.
Mənim iki mektebim olub mən hər ikisini de bəyenirem.Əlbət də ki muellimelerimi de.Mektebimiz balaca olsada gözəl yerdir. Mən burada məktəbdən əlavə öz sinif yoldaşlarımın bəzilərini çox istəyirəm burada mənim ən sevdiyim bir qız sinif yoldaşım olubdi 122
30 iyun 2019 18:27
3
Offline
SeLiN
Men mektebimi cox sevirem.Hetta muellimelerimi de.Mektebimiz biraz balacadi amma icerisi cox gozeldi.Mene bir cox melumati oyreden muelimelerime sonsuz derecede tewekur edirem.
30 iyun 2019 16:00
2
Offline
diablo
Məktəblilər üçün əla mövzudu təşəkkür
30 iyun 2019 11:01
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri