Mən həyatın mənasını nədə görürəm? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 6 121
Səs ver:
(səs: 0)
Həyat sən nə şirinsən
Səndən doymaq olarmı?

Həyat başdan-başa problemdir və insan bu problemləri həll etdikcə həyat onun üçün mənalı olur. Həyat başdan ayağa mənadır, enişliyoxuşludur. Bəzən sərt, bəzən güldürən, bəzən ağladan, bəzən udan, bəzən uduzan, bəzən mübarizə aparan, bəzən məğlub olan, bəzən də dəniz kimi çağlayandır.
Həyat çətinləşdikcə onun mənası da dərinləşir və bir o qədər də gözəlləşir. Hər kəs həyatın mənasını bir cür başa düşür. Kimi çoxlu pulda və var-dövlətdə, kimi yeyib-içməkdə, geyinib gəzməkdə, kimi qurubyaratmaqda, kimi sevib-sevilməkdə...
Həyat yaşamaq deməkdir. Yaşamaq üçün də pul lazımdır, lakin gəlin bir anlıq düşünək. Pul hər şeyi həll edirmi? Xeyr.
İnsan həyatının mənasını əmək, zəhmət təşkil edir. Pulu da qazanmaq üçün alın təri axıtmaq lazımdır. Əgər insan bir anlığa belə olsa işləməyi dayandırsa o zaman onun həyatı da həmin an dayanmağa başlayar. Yalnız əmək kainatı kökündən dəyişir. insan əmək fəaliyyəti zamanı həyatın mənasını, sevincini dərk edir və bundan da ruhlanır, ilham alır. Həyat insan əməyi və zəkası qarşısında acizdir. insan qurmalı, yaratmalı və yaşamalıdır.
Əgər bir şagird kimi mən bu gün zəhmət çəkməsəm, alın təri axıtmasam, gələcəyimi qura bilmərəm. Əmək, zəhmət deyərkən çoxları elə başa düşür ki, yalnız kənd təsərrüfatında, fabrikdə, zavodda çalışmaq lazımdır. Xeyr. Elm, təhsil, mədəniyyət, incəsənət və s. sahələr həmısı zəhmət tələb edir.
Mənim fikrimcə, həyatın mənası çəkdiyin zəhmətin bəhrəsini görmək, vətəninə, xalqına layiqli övlad olmaq, sevmək, sevilmək cəmiyyət üçün yararlı bir şəxs olmaqdadır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 6 121
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri