Mən xalqıma arxalanıram. Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 265
Səs ver:
(səs: 0)
Ümummilli liderimiz Heydər Əliyev hələ 1993-cü ilin 15 iyununda Milli Məclisin tarixi iclasında ölkə parlamentinin başçısı seçilərkən demişdir: «...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Heç kəsin şübhəsi ol(nasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm... Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir».
Həmin sözlər deyilərkən ölkəmiz ağır günlərini yaşayırdı. Azərbaycan vətəndaş müharibəsi ərəfəsində, qanımız bahasına əldə etdiyimiz müstəqilliyimiz isə təhlükə altında idi. Xalqın təkidi ilə Heydər Əliyevin Bakıya dəvəti və hakimiyyətə qayıdışı yaranmış ağır vəziyyətdən çıxışa yol açdı. Ən əvvəl qardaş qırğınının qarşısı alındı. Əllərdə oyuncağa çevrilmiş silahlar yığıldı. insanların bir-birilərinə yad münasibətlərinə son qoyuldu. Soyğunçuluq, talançılıq dayandırıldı. Cinayətkarlar məsuliyyətə cəlb edildi. Hüquqi dövlətin əsası qoyuldu. Bütün bunlara nail olmaq üçün isə böyük zəka və tükənməz enerji sərf etmək lazım gəldi.
Bugünkü sabitliyin, quruculuq işlərinin, demokratiya sahəsində əldə olunan nailiyyətlərin hamısı məhz ulu öndərimizin - Heydər Əliyev cənablarının adı və fəaliyyəti ilə bağlıdır.
Heydər Əliyev öz xalqı qarşısında övladlıq borcunun məsuliyyətini dərk edərək onun çağırışını cavabsız qoymadı, millətin ağır günündə xilaskar kimi ona olan etimadı yüksək səviyyədə doğrultdu.
Bir neçə il bundan əvvəl Moskvanın Ostankino televiziyasının məşhur «Pole çudes» verilişinə baxırdım. Oyunun final mərhələsində finala çıxmış qadına aparıcı belə bir sual verdi: «Dünyanın ən məşhur siyasətçisi kimdir?» qadın heç düşünmədən: «Əlbəttə, Heydər Əliyev!» - dedi. Cavab düz idi. Həmin anlarda qəlbimi bir iftixar hissi bürüdü, yüksək qürur hissi keçirdim.
Mən bu gün özümü xoşbəxt sanıram. Ona görə ki, Heydər Əliyev cənablarının prezident olduğu bir ölkədə yaşayıram. Ona görə ki, bütün xalqımız kimi, mən də ona inanıram. inanıram ki, onun sayəsində Azərbaycan yüksək inkişaf səviyyəsinə qalxacaq, xalqımız xoşbəxt və firavan bir həyat sürəcəkdir.
Azərbaycan babaların əmanətidir. Heydər Əliyev isə Azərbaycan adlı əmanətin etibarlı dayağıdır.

Azərbaycan - Odlar yurdudur.
Heydər Əliyev Od yurdunun od oğludur.

Azərbaycan oğluyam,
Odu Allah sanmışam.
Anam torpaq, atam od,
Mən oddan yaranmışam.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri