Nəriman Nərimanovun "Nadir şah" əsərində Nadir şah surəti - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 456
Səs ver:
(səs: 0)
Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutan sənətkarlarımızdan biri də Nəriman Nərimanovdur. Bir yazıçı kimi Mirzə Fətəli Axundzadə realist məktəbinin ənənələrini davam və inkişaf etdirən N.Nərimanov həm ictimai-siyasi fikir tariximizdə mühüm rol oynayan böyük və mübariz siyasi xadim, həm də bəşəri fikir və idealarda yazıb yaradan görkəmli yazıçıdır.

N.Nərimanov ədəbi yaradıcılığa dramaturq kimi başlamış, ilk əsəri olan «Nadanlıq» dramını 1893-cü ildə yazmışdır. Mədəni geriliyin, savadsızlığın insanlara gətirdiyi bəlaları əks etdirən bu əsərdən sonra o, «Dilin bəlası, yaxud Şamdan bəy», «Nadirşah» kimi dram əsərlərini, «Pir», «Bir kəndin sərgüzəşti», «Bahadır və Sona» kimi gözəl bədii nəsr nümunələrini yaratmışdır.

N.Nərimanov dramaturgiyasının ən kamil və yetkin əsəri, şübhəsiz kı, onun «Nadir şah» faciəsidir. Bu əsər Azərbaycarı ədəbiyyatında tarixi faciənin ilk nümunəsidır. Əsərin mövzusu XVIII əsrin birinci yarısında İranda hökmdarlıq etmiş Nadir şah Əfşarın həyatından götürülmüşdür. Yazıçı bu əsərlə Şərq dövlət quruluşunun xalq mənafeyinə zidd olan mahiyyətini açıb göstərmək istəmiş, tarixi hadisələri müasır vəzifələr nöqteyi-nəzərindən mənalandırmağa çalışmışdır.

Faciənin mərkəzi surəti Nadir şahdır. Nadir şah sülaləsindən çıxan, taxt-tacı bir varis kimi qəbul edən şahlardan deyildir. O, eşq içərisindən gələn, quldurluqda ad çıxaran bir adamdır. Əsrin əvvəlində biz Nadiri məhz bir quldur kimi, bir qaçaq kimi görürük. Lakin onda mərd sifətlər də az deyildir və Nadirin həqiqi siması dayısı Cavadla söhbətindən sonra üzə çıxır. O, dayısı ilə söhbətindən sonra dövlət və vətən uğrunda vuruşa başlayaraq qəhrəmanlıqları olan şah bir xalq sərkərdəsinə çevrilir. Sərkərdələr dövründə Nadir xalqı və vətəni düşmənlərdən qoruyur, xalqın və qoşunun böyük məhəbbətini qazanır. Nadirin bu nüfuzundan qorxuya düşən Təhmas şah onu aradan götürmək istəyir, lakin Nadir daha ağıllı və qoçaq tərpənərək Təhmas şahı məğlub edərək hakimiyyəti əlinə alır.

Hakimiyyət başına keçdikdən sonra Nadir şah dövlətin mənafeyi, çiçəklənməsi və siyasi nüfuzunun artması naminə işlərə başlayır. O, hər şeydən əvvəl, iki düşməni - sünni və şiə məzhəblərini barışdırmaq, ölkə daxilindəki müxtəlif əqidəli tayfaları birləşdirmək, «qeyri tayfanın dinini bilmək və onunla dininə müvafiq rəftar» etmək üçün onlann müqəddəs dini kitabı olan İncili öz dillərinə tərcümə etdirmək istəyir.

Onun həyata keçirmək istədiyi islahatlardan biri yoxsulluq və səfalətin aradan qaldırılması ilə bağlıdır. Nadir şah deyir: «Bir dövlətin ki, fəqiri, saili çox oldu, o dövlətin tez puç olmasına ehtimal var...»

Nadir şahın xalqın xeyrinə həyata keçirmək istədiyi fikirlər çoxdur. Lakin sarayda xain və yalançı vəzirlər, yaltaq və ikiüzlü saray məmurları onu hər tərəfdən əhatə edərək xalqla əlaqəsini kəsir və kütlədən uzaqlaşdırırlar. Həmişə dövlətin və xalqın xeyrinə çalışan, dövlətin daxili və xarici qüdrətinin yüksəlməsi uğrunda yorulmadan çalışan Nadir şah nəticədə saray xainlərinə inanır, özü də bilmədən onların mənfur niyyətlərinin həyata keçirilməsinə köməklik göstərir. O, ədalətli dövlət başçısı olmaq istərkən ədalətsiz bir hökmdara və əzazil bir adama çevrilir.

Ədalətli bir hökmdar kimi Nadir şah despotizmi aradan götürmək istəyir, ancaq özü ən böyük despot olur. Əsərin əvvəlində «qanlı yaşlar tökənlər məndən cavab gözləsinlər» deyən, yalnız vətən və millət yolunda qılınc çalacağına, xalqa xoşbəxtlik gətirəcəyinə and içən Nadir şahlıq taxtına çıxandan sonra öz ailəsini də xoşbəxt edə bilmir. O, dövlət və xalq mənafeyini əldə əsas tutaraq öz yeganə övladını da məqsədi yolunda qurban verir. Lakin özü də bilmədən alətə çevrilən Nadir şah nümunəvi hökmdar və nümunəvi vətəndaş səviyyəsinə yüksələ bilmir.

Nadir şahın əsl faciəsi aldandığını başa düşdükdən, oğlunun gözlərini nahaqdan çıxartdırdığını biləndən sonra başlayır və bu mənəvi faciə onun cismani ölümü ilə sona çatır. Nərimanov Nadir şahın faciəsini mütləq monarxiya quruluşunda ixtiyar sahibinin faciəsi kimi şərtləndirir, bu faciəni feodal-ictimai münasibətlərin doğurduğu bir fəlakət kimi qiymətləndirir.

«Nadir şah» faciəsi özünün yüksək ideya dəyərinə və sənətkarlıq xüsusiyyətlərinə görə kamil bir sənət əsəri kimi diqqəti cəlb edir. Bu əsər uzun müddət Azərbaycan teatrının repertuarında mühüm yer tutmuş, oxucu kütləsinin diqqət mərkəzində olmuşdur. «Nadir şah» mütləqiyyət quruluşunu ifşa edən, siyasi problemləri maarifçilik mövqeyindən həll edən bir əsər kimi bu gün də aktuallığını saxlayır və oxucular tərəfindən maraqla qarşılanır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 456
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4927
Xəbər sayı: 48
fiyonik
Menim sevdiyim Sahdir Nadir Sah Efsar. Ozel heyatini da oxumusdum. Cox maragli hekayesi var. Teessuf ki, en guvendiyi insan Eliqulu terefinden suiqeste qurban getdi. Maragli movzudur. Tesekkurler
26 iyun 2020 20:12
2
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
mektebliler ucun gozel movzudur
21 iyul 2019 17:28
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri