Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında Xosrov və Fərhad surətləri - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 443
Səs ver:
(səs: 0)
Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Nizami Gəncəvidir. O, xalqımızın dünya ədəbiyyatına bəxş etdiyi ən böyük parlaq sima, nadir sənət dahisidir.

Ədəbi yaradıcılığa hələ gənc yaşlarından başlayan Nizami yüksək əxlaqi-tərbiyəvi məzmunlu qəzəl, qəsidə və rübailəri ilə çox tez tanınmış, məşhurlaşmışdır. Lakin Nizamini dünya ədəbiyyatında şöhrətləndirən, şübhəsiz ki, onun poemalarıdır. Böyük şair bütün ömrü boyu beş yüksək sənət incisi, beş poema yazmışdır ki, bu da sonralar «Xəmsə» adı ilə dünya şöhrəti qazanmışdır. Nizami poemaları ilə Yaxın və Orta Şərq xalqlarının ədəbiyyatına yeni fikir, yeni sənətkaıiıq keyfiyyətləri gətirmiş, yeni bir ədəbi məktəbin əsasını qoymuşdur.

«Xəmsə»yə daxil olan ikinci poema «Xosrov və Şirin»dir. Poemanın mövzusu İran hökmdarı Xosrovla Azərbaycan gözəli Şirin arasında olan məhəbbətlə bağlı əfsanə və rəvayətlərdən götürülmüşdür.

Poemanın əsas qəhrəmanı Xosrovdur. Nızami əsərdə bu surət vasitəsilə insanın mənəvi-əxlaqi saflaşmasını və bu işdə tərbiyənin yüksək rolunu təcəssüm etdirmişdir. Uşaqlığından xüsusi alim və tərbiyəçilərdən dərs alan Xosrov qeyri-adi xüsusiyyətlərə malik olsa da, saray mühitindəki ərköyün həyatı onu yanlış addımlar atmağa vadar edir. Xosrov yüngül təbiətli, düşkün bir gənc kimi heç nə düşünmədən atasının qoyduğu qaydaqanunu pozur, günlərini eyş-işrətlə keçirməyə çalışır, çətinliyə düşən kimi ölkəni qoyub qaçır. Xosrov ən yüksək insani duyğu olan məhəbbətdən da faydalana bilmir. O, məhəbbətə də bir əyləncə kimi baxır, Şirini sevdiyi halda, Məryəmlə, Şəkərlə evlənir və Şirinin mənəvi iztirablarına səbəb olur.

Lakin Nizami öz qəhrəmanını uzun müddət bu vəziyyətdə saxlayır. Xosrov onu saf və ülvi bir məhəbbətlə sevən Şirinin sədaqəti qarşısında məğlub olur. O, Şirinin tərbiyə məktəbindən keçməli olur və bu tərbiyə onu dəyişərək əsl insana çevirir. Axırda Xosrov elə bir kamil insan səviyyəsinə Çatır ki, yatdığı yerdə ölümcül yaralandığı və susuzluqdan yandığı halda, su istəmək üçün yorğun Şirini oyatmağa qıymır. Nizami Şirin vasitəsilə Xosrovu belə dəyişməklə dövrünün şahzadələrinə ibrət dərsi vermək, insan mənəviyyatında tərbiyənin yüksək rolunu göstərmək istəmişdir.

«Xosrov və Şirin» poemasının əsas surətlərindən biri Fərhaddır. Fərhad mahir bir daşyonan, külüngü ilə möcüzələr göstərən bir memardır. O, dağ gövdəli, ucaboylu, yaraşıqlı bir gəncdir. Fərhad süd arxı çəkdirmək istəyən Şirini ilk gördüyü andan dərin bir duyğu ilə sevir və bu məhəbbət onu hünərlər göstərməyə ruhlandırır. O, qısa bir müddətdə Şirinin sifarişini yerinə yetirir. Fərhadın hünərindərı və Şirinə olan məhəbbətindən xəbər tutan Xosrov Fərhadı bu sevdadan çəkindirmək üçün müxtəlif yollara əl atır. Əvvəl ona var-dövlət, qızıl təklif edir, bu yolla heç nə əldə etmədikdə rəqibini sözlə susdurmaq istəyir. Lakin Xosrov burada da məğlub olur. Xosrovla Fərhadın deyişməsi səhnəsində Xosrovun xarakterindəki cılızlıq, Fərhadın isə mənəvi ləyaqəti və fədakarlığı daha qabarıq şəkildə üzə çıxır. Bu deyişmə Fərhadın mənəvi aləminin daha zəngin, daha saf və daha gözəl olduğunu üzə çıxarır.

Sözlə də Fərbadı sındıra bilməyən Xosrov onun qarşısına çətin bir şərt qoyur, ona Bisütun dağını çapıb oradan yol açmaq kimi öhdəsindən heç cür gəlmək mümkün olmayan bir iş tapşırır. Şirinin məhəbbəti ilə işə başlayan Fərhad az bir zamanda az qalır ki, dağı çapıb tapşırığı yerinə yetirsin. Fərhadı heç nədə məğlub edə bilməyən Xosrov xəyanətə əl atır. Ona yalandan Şirinin öldüyünü xəbər verirlər. Fərhad təmiz qəlbli olduğundan bu xəbərə inanır və ürəyi partlayıb ölür.

Fərhad əsərə gec gəlib tez çıxsa da, öz hünəri, zəngin mənəvi aləmi ilə oxucuda dərin rəğbət hissi oyadır, özünə qarşı dərin sevgi hissi qazanır. Nizami əsas qəhrəmanlarla eyni səviyyədə sevə-sevə yaratdığı Fərhadın timsalında sənəti ilə möcüzələr göstərməyə qadir olan sadə zəhmət adamlarının, dərin bir məhəbbətlə sevməyi bacaran həqiqi aşiqlərin ümumiləşdirilmiş surətini yaratmışdır. Təsadüfi deyildir ki, Fərhad adı əsrlərdən bəri həmişə əsl aşiq rəmzi kimi işlənmiş, insanın hünər və cəsarətinə ən parlaq nümunə kimi xatırlanmışdır.

«Xosrov və Şirin» poeması dünya ədəbiyyatının yüksək sənətkarlıqla işlənmiş ən dərin məzmunlu əsərlərindən biridir. Məhz özünün gözəl məziyyətlərinə görədir ki, bu poema indi də oxucular tərəfindən yüksək rəğbətlə qarşılanır və sevilə-sevilə oxunur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 443
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 4927
Xəbər sayı: 48
fiyonik
Kohne edebiyyat kitabi tapmisdim. Orda bu obrazlar haqqinda yazilirdi. Men Xosrov kimilerine aciyiram. Esl seven Ferhat kimi olar. Olene qeder Sirini saf mehebbetle sevib. Esl numunevi obrazdi ve Sirin ile qovusmali idi. Ferqli qelemden alanlar Ferhati bas obraz kimi secibler. Maragli melumat idi, lakin men bundan melumatliyam. Tesekkurler
26 iyun 2020 20:10
3
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan
Şərh sayı: 652
Xəbər sayı: 1
guzellik
cox deyerli qiymetim
23 iyul 2019 10:07
2
sade semimi merbandan kino medcezir
Şərh sayı: 72548
Xəbər sayı: 1
vipbetul
cox deyerli qiymetli beslikdir
23 iyul 2019 09:41
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri