"Nurəddin" əsərinin təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 534
Səs ver:
(səs: 1)
Görkəmli uşaq yazıçısı S.S.Axundovun «Qorxulu nağıllar» silsiləsindən qələmə aldığı əsərlərdən biri də «Nurəddin» hekayəsidir. Hekayədə yazıçı yaxşılıqla yamanlığı, xeyincahlıqla bədxahlığı üz-üzə qoymuşdur. Əsərdə hadisələr dramatik tərzdə inkişaf edərək xeyirxahlığın qələbəsi ilə başa çatır. Hekayədə təsvir olunan Hacı Nəsir, Rəhim, Rəhimə, Bahar, Nurəddin nəcib, xeyirxah insanlardırlar. Həyat onları çətinə saldıqda, sınağa çəkdikdə belə, onlar öz insani keyfiyyətlərini qoruyub saxlayırlar. Gülpəri və Əmiraslan isə bədxahlığın təcəssümüdürlər. ömür-gün yoldaşını itirən Hacı Nəsir yeganə övladına ana nəvazişi tapmaq üçün Gülpəri adında qızla yenidən evlənir. Lakin bu dəfə onun bəxti gətirmir. Xasiyyəti çox tünd olan Gülpəri həm də var-dövlət hərisidir. Gülpəri əri Hacı Nəsirin sağlığında balaca Nurəddini tez-tez döyür, incidir, əri öldükdən sonra isə Nurəddini var-dövlətdən məhrum edib, ərinin varidatını bütünlüklə ələ keçirməyi qarşısına məqsəd qoyur. O hətta, özü kimi mənfi tip olan Əmiraslanla birləşərək Nurəddini öldürməyə belə razılıq verir. Bu iki mənfi tip məkrli plan qururlar. Onlar Nurəddini çayda batırmaq istəkləri baş tutmadıqda uşağı quyuya salıb bu yolla aradan götürməyi qərarlaşdırırlar. Gizləndiyi yerdə bu məkrli razılaşmaya qulaq asan Nurəddinin keçirdiyi hissləri təsəvvürə gətirmək çətin deyil. Həmin anda xeyirxah qəlbli Nurəddinin gələcək taleyinə biganə qala bilməyən oxucu da həyəcanlı anlar yaşayır.
Lakin Gülpərinin, Əmiraslanın bəd niyyəti əsərin balaca qəhrəmanı Nurəddini nə qədər çətinliyə salsa da, xeyirxah insanlar onu ölümün pəncəsindən qurtarırlar. Valideynlərinin ölümündən sonra Nurəddin həyatda tək qalmır, imamverdi baba, Bahar, Rəhim və Rəhimə kimi xeyirxah insanlar ona kömək əli uzadır, dayaq durmağa çalışırlar.
Beləliklə, yazıçı göstərmək istəmişdir ki, xeyirxahlıq heç vaxt itmir. Nurəddinin xeyirxah təbiətli atası həyatda həmişə başqalarına yaxşılıq etməyi özünə borc sanmışdır. O, imkan daxilində çoxlarına əl tutmuşdur. Hacı Nəsirin yaxşılıqlarından bəhrələnənlərdən biri də Rəhimdir. Quldurların soyğunçuluğu ilə üzləşən və ailəsinin dolanışığı üçün yığdığı pulu itirən Rəhimə Hacı Nəsir əl tutur, ona dolanışıq üçün təmənnasız pul verir.
Əsərin sonunda atanın etdiyi yaxşılıq köməksiz qalmış oğlu Nurəddinin qarşısına çıxır. Fayton qəzasına düşüb ciddi bədən xəsarəti alan Nurəddinə Rəhim və onun ömür-gün yoldaşı Rəhimə hər cür qayğı göstərərək onu ölümün pəncəsindən qurtarırlar. Bundan sonra tale Nurəddinin üzünə gülür. O, bu insanların timsalında öz xeyirxah himayədarlarını tapır.

Əsər ibrətamiz sonluqla bitir. Həyatda etdiyi pisliklər, bədxahlıqlar, var-dövlət hərisliyi sillə kimi Gülpərinin üzünə çırpılır. ö z xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində qurmaq istəyən Gülpəri axırda köməksiz, ümidsiz, başqalarına möhtac qalır. Bu məqamda oxucu Nurəddinin alicənablığının bir daha şahidi olur. Küçədə Gülpərini səfil, dilənçi vəziyyətdə görən Nurəddin onun etdiyi pislikləri, zülm və cəfanı yada salmır, əksinə onu evə gətirib təqsirlərini bağışladığını bildirir. Burada Rəhimin dediyi sözlər çox rəmzi səslənir.
- Yaxşılığın əvəzini yaxşılıqla çıxmaq hər kişinin işidir. Yamanlığın əvəzini yaxşılıqla çıxmağı isə ancaq ər kişilər bacarırlar.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri