Nəyə görə mən öz diyarımı sevirəm? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 230
Səs ver:
(səs: 0)
Mən sizə öz əziz vətənim haqda danışmaq istəyirəm. Biz hamımız - yeniyetmələr, gənclər, qocalar onun övladlarıyıq. Bizim ondan qiymətli heç nəyimiz yoxdur. Ata-babalanmız Vətənin müdafiəsi uğrunda canlarından keçmişlər. Əbəs yerə atalar sözündə belə söylənilməmişdir: «Yaşa! Var ol! Vətənə sadiq ol!».
Mənim əziz diyarım, öz gözəl paytaxtı olan Bakı şəhəri ilə Xəzər dənizinin sahilində yerləşir. Bizim məmləkətdə nadir abidələr ucalmaqdadır: Qız qalası, Şirvanşahlar sarayı, içəri şəhər. içəri şəhər - şəhərimizin Kremlidir.
Burada, Bakı şəhərində mən dünyaya göz açmışam, elə burada da yaşayır və oxuyuram. Mən öz Vətənimi sevirəm və məmləkətimizin qəhrəman övladları öz əməkləri ilə respublikamızı bütün dünyaya tanıtdırmışlar.
Tanınmış bəstəkar Üzeyir Hacıbəyov «Leyli və Məcnun» operasını yaratmışdır.
1905-ci ildə M.Maqomayev və Ərəblinski musiqili teatr təsis etmişlər. Bizim diyar musiqiçilər ölkəsidir. Qara Qarayev, Fikrət Əmirov - bütün dünyada məşhur bəstəkarlardır.
Azərbaycan - həm də poeziya diyarıdır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Əfzəlləddin Xəqani, Səməd Vurğun və digər şairlər öz diyarlarını gözəl misralarla vəsf etmişlər. Nizaminin «Xəmsə»sini və Füzulinin «Leyli və Məcnun»nu bütün dünyaya tanıtmışdır.
Mən fəxr edirəm ki, mənim Vətənimin Koroğlu, Səttarxan, Qaçaq Nəbi və s. bu kimi yüzlərlə və minlərlə mübariz oğullan olmuşdur. Onlar canlarını vətən uğrunda fəda etmiş vətənpərvərlərdir. Onların şücaəti bizim üçün nümunədir.
Qarabağ müharibəsində Vətənimizin bir çox vətənpərvər oğulları qəhrəmanlıq və şücaət göstərərək şəhid olmuşlar - Çingiz Mustafayev, Salatın Əsgərova, Məzahir Rüstəmov və başqaları. Onlar düşməndən zərrə qədər qorxmayaraq Vətən qarşısında öz müqəddəs borclarını layiqincə vermiş və sonrakı cavan nəslə nümunə olmuşlar. Mən tez-tez Şəhidlər xiyabanına ziyarətə gedirəm və Vətənin igid və mübariz oğlan və qızlannın məzarları üzərində dua oxuyuram. 1994-cü ildə geniş müharibə əməliyyatları müvəqqəti dayansa da, sülhdən danışmaq hələ tezdir.
Gözəldir mənim diyarım. Buranın gözəl florası var. Bunlar oksigenin əvəzolunmaz mənbəyidir. Bizim ölkənin təbiətini bəzən təbiət apteki adlandırırlar. Gözəl dağlar və meşələr, axan çaylar və yaraşıqlı göllər.
İlahi, Göygöl gölü necə də gözəldir! Səməd Vurğun bu əsrarəngiz gölü «Göllərin tacı» adlandırmışdır.
Azərbaycan odlar yurdudur. Onun qiymətli yeraltı sərvətləri var - neft, qaz, mis, dəmirfilizi, qızıl, civə və s.
Bizim şəhəri bəzən də neftçilər şəhəri adlandırırlar. Xəzər dənizi üzərində estakadalar üzərində qurulmuş şəhər - Neft daşları adlanır. O, öz quruluşuna görə XX əsrin möcüzələrindən sayılır.
Bəs bizim Xəzər! Onun tayı-bərabəri yoxdur. Onu görən vurulur, ondan uzaq düşən kədərlənir.
Xalqımız mehriban və qonaqpərvər xalqdır. Vətənimin daha da çiçəklənməsi üçün həmişə əlimdən gələni əsirgəməcəyəm.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri