Onlar vətən uğrunda vuruşmuşlar - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 78
Səs ver:
(səs: 0)
Vətən müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal, ümdə arzudur. Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Tərəqqinin əsası azadlıqdırsa, bu azadlığın da əsas obyekti vətən torpağı, doğma el-obadır. Lakin azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının canı bahasına əldə edir.
Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir. Bu torpağın Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanları, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov, Həzi Aslanov kimi igid oğulları vardır. Bu igid cəngavərlər vətənin azadlığı, zəhmətkeş xalqın rifahı naminə aparmış, öz canlarını bu yolda qurban verməkdən çəkinməmişlər.

Tarixdən silinməz böyük adın var,
Min cür gözəlliyin, xoş muradın var.
Cəsur igidlərin, qol-qanadın var,
Qəhrəmanlar yurdu şən Azərbaycan!

Son dövrlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə də yetərincədir. Həm göz dağımız, həm də fəxarət yerimiz olan Şəhidlər xiyabanı belə Vətən övladlarını öz ağuşuna almış, ölməzliyə qovuşdurmuş, şəhid ucalığına qaldırmışdır. Mən bu yazımda Vətən uğrunda vuruşan, Vətən uğrunda ölən bir qəhrəman haqqında söz açmaq istəyirəm.
Şükürov Şahlar Əvəz oğlu - Kəlbəcər rayonunda anadan olmuş, orta məktəbdən sonra Azərbaycan Xalq Təsərrüfatı institutunu, sonrakı illərdə isə SSRİ DİN Akademiyasını bitirmişdir. 1970-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Bakı şəhərində, Azərbaycanın bir sıra rayonlarında milis orqanlarında çalışmışdır. 1987-ci ildən Zərdab rayon Daxili İşlər Şöbəsində rəis müavini vəzifəsində işləyirdi, milis mayoru rütbəsi vardı.
Qarabağ savaşı başqa vətən övladları kimi Şahları da düşmənlərlə üzüzə qoydu. Vətəni qorumaq lazım idi, o isə vətəni özündən də çox sevirdi.
Şahların başçılıq etdiyi milis dəstəsinə ən məsuliyyətli tapşırıqlar verilir, dəstə ən çətin işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Şahlar həmişə öndə gedir, sinəsini öz dəstə yoldaşları üçün sipər edər, onlara nümunə göstərirdi. Mayor cəsarət və mərdliyi ilə ad qazanmışdı, ermənilərin qənimi sayılırdı. Döyüşlərin ən çətin meydanlarında görünür, düşmənə od yağdırırdı. Döyüşlərdən birində amansız bir güllə hərarətli qəlbin döyüntülərinə son qoydu, vətəni canından artıq sevən Şahlar doğma torpağının şəhidinə çevrildi.
Azərbaycan Respublikası suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikası Prezidentinin 1992- ci il 8 oktyabr tarixli fərmanı ilə milis mayoru Şahlar Əvəz oğlu Şükürov ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» fəxri adına layiq görülmüşdür.
Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmurlar. Qədirbilən xalqımız belə qəhrəmanları həmişə qəlbində yaşadır, əbədi bir xatirə kimi yad edir. Ana Vətənin, doğma diyarın, müqəddəs torpağın şərəfi, qeyrəti, namusu yolunda canını fəda edənlərə əbədi eşq olsun!

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 78
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri