Öz müasirimi necə görmək istərdim (3) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 65
Səs ver:
(səs: 0)
Bəşər daim kamilliyə doğru addım atmışdır. Kamil insanlar dünyada bir çox xeyirli işlər görmüş və bu yolda böyük əziyyətlər çəkmişlər.
Hər bir insan özü üçün, onun yaxşılıq haqda təsəvvürünü tam təmin edə biləcək bir həyat qurmağa çalışır.
İnsanın kamiliyə doğru hərəkəti - təbii bir prosesdir. Mən istərdim ki, mənim müasirim, gələcəkdə daha yaxşı və firavan yaşasın. Mən istəyirəm ki, onun yaşadığı və yaratdığı dünya, daha mərhəmətli və xoş əməllə dolu olsun. Insanlar bir-birilə müharibə etməsin və bir-birini alçaltmasın, savaşmasınlar və bir-birindən küsməsinlər, öz danışıqlarına fikir versinlər, qarşılıqlı əmin-amanlıqda və sülhdə yaşasınlar, bir-birini qətlə yetirməsinlər, oğurluq və talan etməsinlər. Mən istəyirəm ki, mənim müasirim ağıllı, xeyirxah və başqalarının çətin anı olduqda onlara yardım əlini uzatmağa qadir olsun.
Adam istəyir ki, gələcəkdə yaxşı və ədalətli insanlar daha çox olsun. Son zamanlar insanlar çox dəyişilmişlər. Nəcə olubsa, insanlar qəddarlaşmış, kinləşmişlər. Hərə yalnız özünü fikirləşir, digərlərinin taleyi onları tamamilə maraqlandırmır. Fərdiyəçi, individualist xarakter alan insanlar yalnız öz xeyirləri haqda düşünür, başqası barədə isə heç düşünmürlər. Bu azmış kimi, başqalarına kömək və qayğı göstərmək əvəzinə, öz əməlləri ilə acıq verirlər. Onlar sabahı düşünmür, elə bilirlər həmişə belə olacaq, sanki gələcəyin də belə yaxşı olacağını kimsə onlara zəmanət vermişdir. Onlar elə fikirləşirlər ki, dünyada hər şeyi pul həll edir. Çünki, onlar maddi təfəkkürlü insanlar olduğu üçün, mənəvi məsələlər onların gözlərində lazımsız bir söhbətlərdir.
İnsan gərək öz çatışmamazlıqlarını aradan qaldırsın, onlara qalib gəlsin. İnsan vücudunda həm xeyir və həm şər birləşmişdir, həm yaxşı və həm pis, həm çirkinlik və həm gözəllik cəm olmuşdur. Yəni, insan həm çirkin işlərə əl atıb özünü heyvan səviyyəsinə, ondan da aşağı səviyyəyə sala bilər və yaxud, yaxşı əməllərə sahib olub kamilliyə çata bilər. Və yaşadığı həyatı necə müəyyənləşdirmək insanın öz öhdəsindədir, o, bu istiqamətdə azaddır. Sağa da gedə bilər, sola da. Bütün məsuliyyət məhz insanın özü üzərində cəmləşir.
Mən istərdim ki, mənim müasirim özündən sonra yaxşı əməllər qoyub getsin. Çünki, insan dünyasını dəyişən zaman, yaxşı əməllər qoyub getsə, həmin yaxşı əməllər ona savab yetişdirər. Eyniliklə də insan özündən sonra pis əməllər qoyub gedə bilər - bunlar insanın əzabına səbəb olar. Mən istərdim ki, mənim müasirimə birinci aqibət nəsib olsun.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 65
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri