Ölkəmiz bütün qəhrəmanlarını tanıyır - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 237
Səs ver:
(səs: 0)
Vətən uğrunda ölənin, şöhrəti-şanı ölməzdir.
Q.Derjavin

Dağüstü parkın gözəl guşələrinin birində Şəhidlər xiyabanında əbədi atəş yanır. Minlərlə al qərənfillər, ana və bacılarımızın axan göz yaşları və nalələri burada Qarabağda qəhrəmanlıq etmiş şəhidlərinin uyuduğunu bildirir. Şəhidlərimiz, Azərbaycanın ayrılmaz parçası olan Qarabağın müdafiəsi uğrunda öz əziz canları və başlarından keçdilər. Məzahir Rüstəmov, Yuriy Kovalyov, Salatın Əsgərova, Çingiz Mustafayev, Mehman Bünyatzadə və digərləri öz qəhrəmanlarını adbaad tanıyan Vətəninin müstəqilliyi uğrunda, haqq-ədalət uğrunda savaşmışlar.
Bizim xalq, heç zaman «Azərbaycan Gəncliyi» qəzetinin qəhrəman jurnalisti, dəfələrlə cəbhədə ən «qaynar nöqtələrdən» odlu-alovlu məqalələr yazmaqla Vətənin müdafiəsi üçün mübarizəyə çağıran Salatın Əsgərovanın igidliyini unutmayacaq. 1991-ci ilin yanvar ayının ağır günlərində o Qarabağa getməyə can atırdı. Yolda Salatını müşayiət edən digər zabitlərlə birgə olduqları maşını erməni daşnaq vəhşiləri güllə-boran etdilər. Hamı şəhid oldu. Bu cavan, gözəl və ağıllı xanım özündən sonra külli sayda məqalələr, şeirlər və hər ana üçün ən böyük zinəti olan, oğlu Ceyhunu qoyub bu dünyanı tərk etdi. Bu xanımı «diyarımızın fəxri», «parlaq ulduzu» adlandırırlar.
Çingiz Mustafayev və Xocalı. Bunlar bir-biri ilə bağlı, ayrılmaz bir canlıdır. Məhz bu gənc teleoperator ilk dəfə olaraq ermənilərin Xocalıdakı törətdikləri vəhşilikləri kameraya çəkmişdi. Hara baxırdın yerdə uzanmış cəsədləri görürdün. Qoca, uşaq, qarnı yırtılmış qadınlar. Bu kadrları çəkəçəkə Çingizin dilindən «Ay Allah! Ay Allah!» nidaları düşmürdü. Bu səhnələr necə də dəhşətli və faciə dolu səhnələr idi. Məhz Çingizin fədakarlığı sayəsində dünya Xocalı haqqında həqiqətləri öyrəndi. Sözsüz ki, onu şəhid etdilər. Maksim Qorki belə insanlar haqqında yazırdı: «Qəhrəmanların şücaətinə əhsən deyək».
Beş dostu başda Azər Ələkbərovla birgə Ağdərə rayonunun Çaylı kəndinin müdafiəsinə göndərdilər. Gecə saat ikinin yarısında rabitə kəsilmişdi. Lakin 9 iyunun 1991-ci ilin səhəri günü yardıma göndərilmiş xüsusi zirehli dəstə düşmən mühasirəsini yarıb kəndə daxil oldu... Kəndə daxil olarkən əsgərlər dostları bir yerdə tapdılar. Döyüşçülər öz göz yaşlarını zorla saxlayırdılar. Namiq, Vüqar, Samir və Əfqana artıq heç bir şey kömək edə bilməzdi. Azərin bədəninin yaralarında 32 qəlpə tapdılar, lakin artıq onun da əcəli çatmışdı. Yevlax xəstəxanasında əməliyyat olunduqdan sonra o cəmi bir neçə saat yaşaya bildi. Bu beş dost Vətənə sədaqətin, mərdliyin, igidliyin, şücaətin və qeyrətin rəmzidirlər.
Qəhrəmanların adlarını dayanmadan sadalamaq olar. Burada Q.Abbasın sözləri yadıma düşür:

Doğma diyara bəla gəldi,
Hamı səfərbər olsun gərək.
Bu torpaq və ataların ruhu
Meydana səsləyir, dur gedək!

Bu dəhşətli müharibə 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə müvəqqəti olaraq dayandırıldı. Atəşkəs bərqərar olunduqdan sonra qısamüddətli olsa belə əmin-amanlıq yarandı.

Biz bilirik o gün gələcək
Qələbə uzaqda deyil
Xalqımız muradına çatanda
Biz Xankəndidə qaytaracayıq, Şuşanı da!

Biz hər zaman qəhrəman oğullarımızı xatırlayacayıq. O kəsləri ki, onlar bilirdilər və anlayırdılar ki, Vətənin xoşbəxtliyi öz həyatından üstündür. Onların şərəfli isimləri ilə küçələr, məktəblər, gəmilər adlandırılmışlar. Onların xatirəsinə şeirlər, mahnılar, marşlar həsr edilib. Onlar həqiqətən də fəxr edilib və ibrət götürülməyə layiq insanlardır.
«Sən şəhid oldun, lakin yüksək ruhiyəli qəhrəmanların və igidlərin dillərində sən hər zaman canlı bir örnəksən, azadlığa və nura aparan bir çağrısan». (M.Qorki).
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 237
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri