Ölkəmiz bütün qəhrəmanlarını tanıyır - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 150
Səs ver:
(səs: 0)
Azərbaycan - bir ölkədir ki, burada yaşayan xalq sülh və əmin-amanlıq içində yaşayıb çalışmaq istəyir. Lakin tale elə gətirdi ki, heç də hər şey belə asan olmur. Burada müharibələr, üsyanlar və inqilablar baş verib. Hər bir zəmanənində öz qəhrəmanlan var. Biz indiki zamana kimi milli qəhrəmanlarımızı xatırlayırıq. Biz Böyük Vətən müharibəsində kəşfiyyatçı olan və əsl mücahid kimi haqqın dərgahına qovuşan Mehdi Hüseynzadəni xatırlayınq.
Bizim zəmanəmizin də qəhrəmanları vardır. Min doqquz yüz doxsanıncı ilin yanvar ayının iyirmisi Azərbaycanın istiqlaliyyətinin müdafiəsinə qalxan bir çox günahsız insan şəhid oldu. Erməni işğalçı daşnakları tərəfindən başlanan Qarabağ müharibəsi yüz minlərlə cavan və güclü insanın həyatına son qoydu. 1992-ci ildə bir çox milli qəhrəmanlar meydana çıxdı. Onlar erməni vəhşiləri tərəfindən işğal olunan Xocalı kəndindən dinc sakinləri çıxarmağa yardım edirdilər. Bu insanları həqiqi mənada qəhrəman adlandırmaq olar, çünki onlar öz həyatlarını təhlükə altına ataraq qayıdıb yerdə qalan insanları ölümdən xilas edirdilər.
Bizim xalq öz qəhrəmanlarını xatırlayır və ehtiramını saxlayır. Şəhərimizin ən hündür yerlərinin birində Şəhidlər xiyabanı salınmışdır. Burada həmişə yanan atəş, şəhidlərimizin əbədiyyən yaddaşlarımızda yaşayacağını əks etdirir. Yaşıl ağaclar altında uzanıb gedən mərmər qəbir daşları üzərində daima ətirli qərənfillər düzülür. Burada öz vətəni uğrunda fədakarcasına savaşan həqiqi igidlər dəfn olunublar. Bunların hamısı cavan və həyat dolusu olan vətən oğullarıdır. Onların xatirəsinə küçələr adlandırılmış, yaşadıqları binalarda onların şəkilləri həkk olunmuş, mərmərdən barelyeflər quraşdınlır. Mən yaşadığım küçə də Qarabağda şəhid olmuş milli qəhrəman Məzahir Rüstəmovun adını daşıyır. Biz hər zaman öz Vətəni və xalqı uğrunda həyatlarından keçmiş bu cür mərd insanları xatırlayacaq və ehtiramlarını saxlayacağıq.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri