Payız nəfəsi (təsvir) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 698
Səs ver:
(səs: 0)
İsti yay günləri, sezilmədən və tez bir surətdə gəlib keçdi və payızın ilk ayı meşələrdə, tarlalarda, çaylarda və göllərdə tamhüquqlu bir sahibə çevrildi. Səhər tezdən çox soyuq olur, günortaya yaxın isə Günəş hələ havanı qızdırır, hava yaydakına bənzəyir. Uzun və ağır işdən sonra tarlalar istirahət edir. Bağlar isə öz sahiblərinə bolluca məhsul vermişlər. Hər bir şeydə payızın soyuq nəfəsi duyulmaqdadır.
Tutqun göydə getdikcə daha tez-tez buludlar yığışır, narın və zəhlətökən yağış yağmağa başlayır.
Sanki nə haqdasa fikrə gedərək, meşə qəmli və sakit bir halda donub qalmışdır. Tezliklə ağaclar öz gözəl və təmtəraqlı paltarlarından məhrum olaraq, öz budaqlarını soyuq yağış və borana təslim edəcək. Ağcaqayının yarpağı havada yavaş-yavaş fırlanaraq yerə doğru hərəkət edir. Qoca palıd isə, meşənin kənarında həzin bir halda cırıldayaraq, sanki uzunmüddətli qış yuxusu barəsində fikrə getmişdir. Mamır bağlamış çürük kötüyün yaxınlığında isə sıra halında göbələklər düzülmüşdür. Burada onlar saysızhesabsızdır, sanki səbətə yığılmaq üçün can atırlar.
Yerdəki ot artıq saralmış və boynu əyilmişdir, yalnız süpürgə kolunun solğun-qırmızı ulduzları göz oxşayır.
Göyün yüksəkliklərində, durna dəstələri qatar halında vida dairəsi vururlar. Onlar cənuba uçur və qəmli səslərlə qaqqıldaşır və son dəfə xatırladırlar ki, artıq payız gəlmişdir.
Belə bir anda bizim qəlbimizə qəribə bir qəmginlik çökür. Biz qəmlənərək həyatın mənası haqqında və bu qəribə dünyada nəyə görə yaşadığımız barədə düşünürük.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 698
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri