Süleyman Rəhimovun "Mehman" povestində Mehman surəti - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 56
Səs ver:
(səs: 0)
Süleyman Rəhimov Azərbaycan nəsrinin ən görkəmli yazıçılarından biridir. Geniş müşahidə, dərin ümumiləşdirmə qabiliyyətinə malik olan yazıçının qələmindən «Şamo», «Saçlı», «Ana abidəsi», «Medalyon», «Ağbulaq dağlarında», «Qafqaz qartalı», «Qardaş qəbri» kimi irihəcmli əsərlər, çoxlu sayda hekayələr, ədəbi-tənqidi və publisistik məqalələr çıxmışdır.
S.Rəhimovun ən məşhur əsərlərindən biri də 1944-cü ildə yazdığı «Mehman» povestidir. Yazıçı əsərdə bütün zamanlarda aktual olan qanunçuluq, mənəvi saflıq məsələlərinə toxunmuşdur. Müəllifın oxucuya aşılamaq istədiyi ideya belədir. Cəmiyyət qanunlarla idarə olunmalıdır. Qanun şahdır, tutduğu vəzifədən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir və ona tabe olmalıdır. Povestin süjeti gənc prokurorun cəmiyyətdə qanunçuluğun bərqərar olması uğrunda apardığı mübarizə üzərində qurulmuşdur. Yazıçı mənəvi-əxlaqi cəhətdən bir-birinə əks qütblərdə dayanan insanları müxtəlif situasiyalarda qarşılaşdırır. Hadisələrin inkişafı bəzən dramatik hal alsa da, sonda cinayətkarlar cəzalandırılırlar, qanunun aliliyi təmin olunur.
Povestin əsas qəhrəmanı Mehmandır. Yazıçı onun timsalında həyatda çətinliklərdən qorxmayan, özünü təsdiqləməyə çalışan, idealları uğrunda axıradək mübarizə aparan gənc hüquqşünas obrazı yaratmışdır. Ailədə aldığı gözəl tərbiyə, xeyirxah müəllimlərinin verdikləri öyüd-nəsihətlər Mehmanın xarakterinin formalaşmasında mühüm rol oynamışdır. Orta məktəbi bitirən Mehmana müəllimi Məlikə xanım belə nəsihət verir: «Bəli, oğlum, daxili təmizlik və vicdani saflıq insan üçün böyük vüqardır... Daima o, adamı cürətli, alnıaçıq və başıuca edir». Müəlliminin bu öyüd-nəsihəti sonralar Mehmanın həyat amalına çevrilir və onu heç vaxt büdrəməyə qoymur.
Mehmanın timsalında mənəvi təmizlik məsələsini qabartmaqda müəllifin niyyəti vardır. Baş qəhrəmanın mənəvi saflığı yazıçının əsərdə oxucuya aşılamaq istədiyi qanunun aliliyi ideyasını tamamlayır. Oz qəhrəmanını daim gərgin mübarizələrdə təsvir edən müəllif göstərmək istəyir ki, mənəvi-əxlaqi cəhətdən ləkəsiz olan insanı həyatda heç nə ilə qorxutmaq, tutduğu yoldan geri döndərmək mümkün deyil.
Ali təhsilini uğurla başa vuran gənc hüquqşünas Mehmanın qarşısında iki yol var. O, aspiranturada qalıb təhsilini davam etdirə və yaxud praktiki işdə çalışıb indiyədək qazandığı nəzəri bilikləri həyatda tətbiq edə bilər. Çətin olsa da, Mehman ikinci yolu seçir və ucqar bir rayonda prokuror vəzifəsində işləməyə gedir.
Gənc prokurorun qarşısında çətin vəzifələr durur. Onun işləməyə gəldiyi rayonda indiyədək qanunlar deyil, ayrı-ayrı vəzifə, səlahiyyət sahiblərinin sözü əsas tutulub. Burada cinayətkar dəstə yuva salıb. Müstəntiq Murtuzovun, onun arvadı Yavərin, bağça müdiri Zərintacın, anbar müdiri Məmmədxanın, maskalanmış Qaloşlu adamın birləşdiyi bu dəstə həm də ona görə qorxuludur ki, onu rayon icraiyyə komitəsinin sədri Kamilov himayə edir. Mənəvi pozğunluq, rüşvətxorluq, pula, mal-dövlətə hərislik, xəyanət kimi mənfi amillər dəstənin üzvlərini bir-birlərinə bağlayır.
Onlar rayona təzə gələn gənc prokuroru da yumşaldıb öz sıralanna qatmaq istəyirlər. Bunun üçün əvvəlcə ələalma, şimikləndirmə vasitələrini işə salırlar, bunlar bir nəticə vermədikdə isə ləkələmə, təhdid metoduna keçirlər. Cinayətkar dəstənin üzvləri Mehmanın ailəsinin, daha dəqiq desək, həyat yoldaşı Züleyxanın timsalında onun zəif yerini tapırlar. Züleyxa təmiz və saf bir qız olsa da, anasının mənfi təsirinə düşür. O, daş-qaşa aludəçilik, şöhrətpərəstlik hisslərini cilovlaya bilmir və cinayətkar dəstənin üzvlərindən hədiyyə kimi qızıl saat alır. Cinayətkarlar artıq gənc prokurorun öz əllərində olduğunu düşünsələr də, yanılırlar.
Hədiyyə əhvalatından xəbər tutan Mehman gərgin psixoloji anlar yaşasa da, sınmır və başladığı mübarizədən dönmür. O, ailəsində baş verən hadisəni açıb-ağartmaqdan çəkinmir, rüşvət verilən qızıl saatı seyfə qoyaraq Qaloşlu adama qarşı cinayət işi qaldırır və onu həbs etdirir.
Həyatı dərindən bilən S.Rəhimov Mehmanın ailəsini hadisələrə təsadüfən qatmamışdır. Müəllifin qənaəti belədir ki, ailə cəmiyyətin bir hissəsidir və onları bir-birindən ayırmaq mümkün deyil. Hər kəs, ələlxüsus da qanun keşikçiləri tutduqları vəzifənin öhdəsindən ləyaqətlə gəldikləri kimi, ailələrinin təmizliyinə və bütövlüyünə də nail olmalıdır. Mehman gec də olsa, başa düşür ki, dünyagörüşü üst-üstə düşməyən Züleyxa ilə ailə qurmaqda səhvə yol vermişdir.
«Mehman» povesti təkcə ideya-məzmun cəhətdən deyil, bədii xüsusiyyətləri baxımından da çox zəngin bir əsərdir. Povestdəki hər surət kifayət qədər canlıdır. Müəllif personajların keçirdikləri psixoloji anlan geniş planda təsvir etməklə onları oxucuya daha yaxından tanıtdırır.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 56
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri