Süleyman Rüstəmin "Ana və poçtalyon" şeirinin təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 133
Səs ver:
(səs: 0)
XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri də xalq şairi Süleyman Rüstəmdir. O, yüksək sənətkarlıqla qələmə aldığı şeirləri ilə ədəbiyyatımızı həm forma, həm də məzmun cəhətdən xeyli zənginləşdirmişdir. İlk şeirlər toplusunu «Ələmdən nəşəyə» adlandıran şairin bütün yaradıcılığı həqiqətən də nikbinliyi, mübarizliyi ilə fərqlənir. Təsadüfi deyildir ki, onun yaradıcılığı «gur səsli poeziya» kimi səciyyələndirilir. Vətənpərvər ruhlu S.Rüstəmin yaradıcılığında müharibə mövzusu da mühüm yer tutur. O, 1941-1945-ci illər müharibəsi dövründə çox məhsuldar çalışmış, insanların düşmənə, müharibəyə nifrət hisslərini, Vətənə dayaq durmaq, qələbənin təmin olunması naminə çalışmaq istəklərini yüksək sənətkarlıqla qələmə almışdır. Şairin müharibənin qanlı-qadalı illərində yazdığı «Qəhrəmanın vəsiyyəti», «Ana ürəyi», «Qocanın dedikləri», «Gün o gün olsun ki» və s. bu kimi şeiriərində arxa cəbhənin əhvali-ruhiyyəsi bütün çalarları ilə öz əksini tapmışdır. Şairin gözəl poeziya nümunəsi olan «Ana və poçtalyon» şeiri də bu qəbildəndir. Əsərdə müəllif səmimi insani hissləri özünəməxsus yüksək sənətkarlıqla ifadə etmişdir. Əsərin mərkəzində dörd aydır ki, cəbhəyə gedən övladından bir xəbər bilməyən ana obrazı dayanır. Şeir gözləri oğlu gedən yollarda qalan, «oğulogul deməkdən dili, ağzı qabar olan» ananın iztirablarının təsviri ilə başlanır. Ana qəlbi narahatdır, fikri, xəyalı daim övladının yanındadır.

Qalxırdı yatağından dan yeri söküləndə...
Hər qapı açılanda, hər qapı örtüləndə,
Dikilirdi ananın gözləri bir nöqtəyə
Sevinirdi: - «Övladımdan bəlkə məktub var!» - deyə.

Ananın keçirdiyi hissləri, iztirabları qabarıq şəkildə oxucuya çatdırmaq baxımından onun poçtalyonla qarşılaşması səhnəsi çox təsirlidir. Xasiyyətcə səmimi, həlim bir qadın olan ana poçtalyonun dörd aydır ki, oğlundan ona məktub gətirməməsinə dözə bilmir, hiddətlənib belə deyir: «Məktub olmasa, bir də sən bu həyətə gəlməb Müəllif poçtalyonun obrazını da çox canlı yaratmışdır. O, səmimi, həssas bir insandır. Vəzifəsinə müqəddəs baxır, cəbhədən gələn məktubla hər ailəni sevindirdikdə bu sevincdən onun özünə də pay düşür. Poçtalyon ananın dərdini yaxşı anlayır. Buna görə də ananın söylədiyi acı sözlərdən incimir, əksinə ona haqq qazandırır, ananın dərdinə şərik olur.

Deyirdi öz-özünə: - ananın haqqı vardır,
Geniş dünya oğulsuz onun qəlbinə dardır...

Günlər keçir, poçtalyon bu həyətə gəlmir. Həssas qəlbli ananın qəmqüssəsi daha da artır, poçtalyona dediyi acı sözlərdən özü də peşman olur. İndiyədək yalnız oğlunun intizannı çəkən ananın dərdinin üstünə dərd gəlir. O, düşünür ki, bəlkə, poçtalyon xəstələnib, bəlkə, təkdir, baxanı yoxdur... Lakin müəllif ananı çox da intizarda saxlamır. Bir gün həyət qapısı sürətlə açılır və poçtalyon əlində məktubla gəlir. Bu məktub anayadır. Poçtalyon «şirin sözlərinə qanad taxaraq» ehtiramla deyir:

Bundan neçə gün əvvəl, məndən küsən, inciyən,
«Məktub olmasa, bir də bu evə gəlmə!» - deyən,
Mərhəmətli, möhtərəm anayadır bu kağız!.

Şeir böyük təsir gücünə malikdir. Əsəri oxuyanda göz önündə müharibə dövrünün lövhələri canlanır. Müharibənin gətirdiyi çətinliklər, narawatlıq arxa cəbhənin insanlarını sındıra bilməmişdir. Əksinə onlar daha yaxın olmuşlar. Eyni həyətdə iaşayan qonşular çətin günlərdə bif-birilərinə dayaq durçr,"dərd-sərlərini bölüşürhər.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 133
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri