Seyid Əzim Şirvaninin satiralarında tənqid hədəfləri - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 31
Səs ver:
(səs: 0)
XIX əsrdə yazıb yaratmış görkəmli söz ustadı Seyid Əzim Şirvani ədəbiyyat tariximizə klassik poeziya ənənələrini yaradıcı şəkildə davam etdirən bir sənətkar kimi daxil olmuşdur. Onun yaradıcılığının böyük qismini incə ruhlu lirik şeirlər təşkil edir.
S.Ə.Şirvani eyni zamanda hədəfi düzgün seçən satira ustası kimi məşhurdur. Həssas qəlbli şair cəmiyyətdə müşahidə etdiyi, rastlaşdığı haqsızlığa biganə qala bilməmiş, bu eybəcərlikləri yüksək sənətkarlıqla qələmə aldığı satiralarında ifşa etmişdir. Kimlərdir incə ruhlu şairin ürək ağrısı ilə qələmə aldığı satiralarının tenqid hədəfləri? S.Ə.Şirvaninin satiralarında kəskin tənqid atəşinə tutduğu mənfi surətlərin qalereyası çox müxtəlifdir. Oxucu bu qalereyada sadə insanlara olmazın zülm verən bəyləri, mülkədarları, çar üsuli-idarəsinin dayaqları olan məmurları, şikayətçiləri süründürən ədalətsiz məhkəmə işçilərini, xalqı geriliyə sürükləyən, xurafat içində saxlamağa çalışan yalançı din xadimlərini görür.
S.Ə.Şirvani «Əkinçinin hadisəsi», «Padşah və əkinçi», «Şamaxının yeni vəziyyətindən şikayət», «Şamaxı - Şirvan beylərindən Əli Əsgər bəyə Şikayət»’ «Yerdəkilərin göyə şikayəti», «Köpəyə ehsan» kimi satiralarında dövrünün bu qəbildən olan tiplərini tənqid atəşinə tutmuşdur.
S.Ə.Şirvaninin məşhur əsərlərindən biri «Şirvan bəyləri haqqında» satirasıdır. Kəskin satira ruhunda yazılmış bu əsərdə ədalətsiz, rüşvətxor çar məmurları, «qəlbi qara sudyalar», «san saqqal naçalniklər», «ərizəçinin cismindəki yağı soyan advoqatlar», ömründə «fəsli-kitab» görməyən «incinarlar» şairin kəskin qəzəbinə tuş gəlmişlər. S.Ə.Şirvani ədalətsiz çar məmurlarını ölkədəki hərc-mercliyin əsas baiskarları sanır. O, məmurlan «xalqın qanını soran ac quldurlar» adlandırır, polis idarələrini fitnə-fəsad yuvaları sanırdı. Şair xalqa düşmən kəsilən məmurların insanlara verdikləri sonsuz zülmü Şamaxını yerlə-yeksan edən zəlzələ ilə müqayisə edərək yazırdı:

Əhli-divanın işin şərh qiləm bir necə bab,
Şərhi itmamə yetişməz yazıla əlli kitab.
Füqəralər yanıban zülm oduna oldu kabab,
Bir tərəfdən elədi zəlzələ Şirvani xərab,
Bir tərəfdən ki, bular aləmi viran elədi.

Əsərdə müəllif tənqid hədəflərinə - çar məmurlarına, hakimlərə, pristavlara, vəkillərə kəskin mənfi münasibəti açıq şəkildə ifadə etmişdir, Şair yazır ki, mehz onların günahı üzünden çoxları ev-eşiyindən qaçaq düşüb, dustaq edilib. S.Ə.Şirvani tənqid hədəflərinin acgözlüyünü, soyğunçuluğunu, dünya malına hərisliyini qabarıq şəkildə təsvir etməklə oxucuda onlara qarşı qəzeb və nifret oyadır.
S.Ə.Şirvaninin yaşadığı dövrdə cəmiyyətdə kəskin ictimai bərabərsizlik hökm sürürdü. Kəndlilər hüquqsuz vəziyyətdə yaşayırdılar, xanlar, bəylər onlara hər cür zülm verirdilər. Kəndlilərlə yerli zadəganlar arasındakı berabərsizliyi ifşa etmək baxımından şairin «Xan və dəliqan» satirası seciyyevidir. Əsərde hallanmış xan ona baş əyən kəndlinin salamını söyüşle qarşılayır, onu təhqir edərək deyir:

Dedi: ey it, kənara çıx yoldan!
Ne çıxırsan donuz kimi koldan?!

Xanın söyüşlerini özü üçün iltifat sayan avam kəndlinin vəziyyəti gülüş doğurur. Lakin bu gülüş düşündürücü bir gülüşdür. Hüququnu bilməyən kendlinin halına acı-acı gülən oxucuda eyni zamanda, bu qəlbi saf insanı tehqir edən harın xana keskin nifrət hissi yaranır.
Ümumiyyetle, kəndlilərin hüquqsuzluğu məsələsi S.Ə.Şirvaninin satiralarında mühüm yer tutur. Şair «Şamaxının vəziyyətindən şikayət», adlı satirasında da kendlilərin hüquqlarının müdafiəçisi kimi çıxış edərək onların üzerine qoyulan ağır «töycü»dən şikayətlənir.
S.Ə.Şirvaninin satiralarında xalqı cehaletdə saxlayan yalançı ruhaniler, üzdəniraq din xadimleri də tənqid atəşinə tutulur. O, kəndlilərin ağır veziyyetinin en mühüm sebəblerindən birini xurafatda, mövhumatda görürdü. Şair «Tələbənin hadisesi», «Müctəhidin təhsildən qayıtması», «Elmsiz alim», «Köhne elmden şikayet», «Köpəyə ehsan», «Riyakar abid», «Yerdekilerin göye şikayəti» kimi satiralarında din pərdəsi altında öz menafelerini güden, xalqı aldadan ruhanilərin, axundların, başqa yalançı din xadimlerinin ümumileşdirilmiş obrazlarını yaratmışdır.
S.Ə.Şirvaninin satiraları məzmunca dolğun olduğu kimi, bədii məziyyetleri ile de diqqəti cəlb edir. Tənqid etdiyi hədəfə müəllifin birbaşa münasibət bildirmesi ve beləliklə də, oxucunu, necə deyərlər, istiqametlendirmesi S.Ə.Şirvaninin satiralannın əsas səciyyəvi cəhətlerindəndir. Bundan başqa, şair satirik şeirlərinin bir çoxunda tipi danışdıraraq onu öz nitqi ile ifşa etmişdir. Bəzən isə şair sözlə tənqid hedeflerinin eybecer portretlərini göz önünde canlandırır və bu yolla onları oxucuyla daha yaxından tanış edir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 31
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri