Seçdiyim peşə - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 622
Səs ver:
(səs: 1)
Dünyada müxtəlif növ peşələr mövcuddur. Onlar hamısı lazımdır: mühəndislər, həkimlər, baytarlar, sürücülər, xarratlar, rəngsazlar, aşpazlar, dülgərlər - xülasə, bacarıqlı işçilər. istənilən işi xırdaçılıqlara qədər bildikdə və peşə insanlara fayda gətirdiyi təqdirdə, iş insana maraqlı olur.
Hər bir şagird parta arxasında oturduqda özü üçün xoşladığı müəyyən bir peşəni seçir. Lakin öz peşəsinin sənətkarı olmaq üçün, onun təhsil alması gərəkdir.
Mənim həkim-cərrah peşəsindən çox xoşum gəlir. Bu mənim uşaqlıq arzumdur. Hələ kuklalarla oynadıqda mən özümü həkim hiss edirdim. Mən onları müalicə edir, onlara iynə vurur, sarğı bağlayır və sınmış əl-qollarını düzəldirdim. Mən fikirləşirdim ki, böyüyəndə hökmən etdiklərim həqiqi formada zahir olacaq. Kuklalar əvəzinə mənim pasientlərim insanlar olacaq, mən də onları müalicə edəcəyəm. Mən həkim sənətinə dair veriliş və filmlərə baxmağı xoşlayıram. Həkimlərin çətin əməyi haqda bəhs edən «Təcili yardım» çoxseriyalı filminə baxmağı çox xoşlayıram. Bu filmə baxarkən özümü ağ xalatlı həkim kimi hiss edirəm. Budur, mən cərrahiyyə stolu arxasında dayanıb əməliyyat aparıram. Mənim işimdən onun həyatı asılıdır. Lakin, mən istəməzdim ki, insanlar xəstələnsinlər. Daha yaxşı olardı ki, onlar heç vaxt xəstələnməsinlər, amma onda həkim sənəti də lazım olmazdı. Lakin həyatda belə şey olmur, ona görə də həkim peşəsi hava-su kimi lazımlıdır.
Mən ümid edirəm ki, mən cərrah olacağam və insanları müalicə edəcəyəm. Lakin bunun üçün mən çox şeylər etməliyəm. Ilk olaraq məktəbi bitirməli, sonra isə Tibb Universitetinə qəbul olunmalı və öz işimin mütəxəssisi olmalıyam. Mən öz peşəmi sevəcəyəm, çünki bu peşəni mən uşaqlıqdan arzulayıram. Hər bir həkimin vəzifəsi isə insanlara kömək etmək və onların şəfa tapması üçün əllərindən gələni əsirgəməməkdir.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri