Sənin üçün böyüklər aləmi (fikir) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 120
Səs ver:
(səs: 0)
Mən indi elə yaş dövrümü yaşayıram ki, məni böyük adlandırmaq düzgün deyil, lakin eyni zamanda mən uşaq da deyiləm. Böyüklərin problemləri mənə hələ toxunmasa da, mən tez-tez gələcəkdə mənim həyatımın nə cür təşəkkül tapması barədə düşünürəm. Hələ uşaq həvəsi ilə futbol və basketbol oynasam da belə, yaddan çıxarmışam ki, artıq mən atamı boyca keçmişəm.
Bəzən mən heç böyümək istəmirəm. Mən başa düşürəm ki, hələ ki valideynlərim mənim qayğımı çəkirlər, mənim müstəqilliyim barədə etdiyim iddialar isə uşaqlığımdan qaynaqlanır. Mən həddən artıq yorulmuş anamın üzünü görməkdən və həmişə işdə gecikib qalan atamı gözləməkdən çox təəssüf hissi keçirirəm.
Mən fikirləşirəm: məgər mən yorulmaq üçün, kiminsə və nəyinsə dalınca qaçmaq üçün böyüyürəm?! Həmçinin mənim hansısa vaxt ailəm olduqda, mən də valideynlərim kimi öz yaxınlarımın qarşısında borclarımı əda etməyə məsul olacağam. Mən başa düşürəm, bu qaçılmazdır, mən təbiətin bir hissəsi kimi Tann tərəfindən yaradılmışam və bəşərə verilən proqram yaşayışına uyğun yaşamalıyam. Mənim vəzifəm böyümək və öyrənməkdir. Sonra isə öyrətmək və öz uşaqlarımı böyütməkdir.
Mən hələ bilmirəm gələcəkdə mən nəçi olacağam. Bəzən isə anam məni qəribə və avara adlandırır. Nəyə görə? Çünki mən rəsm çəkməyi xoşlayıram və bütün vaxtımı bu işə sərf edirəm.
Bəlkə mən, böyük bir multiplikator olacağam və mənim çəkdiyim cizgi filmləri Harri Bardinin və ya Uolt Disneyin filmlərindən pis olmayacaq?! Birdən mən süpürgəçi oldum, bu sənətin nəyi pisdir axı?
Küçələr çirkli olduğu halda, hamı nədənsə süpürgəçiləri xatırlayır, küçələr parıldadığı təqdirdə isə süpürgəçi sənəti uğursuz bir sənət kimi qiymətləndirilir. Nəyə görə? Axı, onların işi çox qiymətli və lazımlıdır.
Mənə elə gəlir ki, böyüklər özləri üçün bir çox problemlər yaratmışlar ki, əslində onlardan qabaqcadan xilas olmaq mümkündür. Böyüklər, başqasının rəyindən, həsədindən və digərlərin onların problemlərinə dəxalət etmələrindən asılıdırlar. Gərək onlar bir az azad və müstəqil olsunlar. Bəlkə də, mən indi düz düşünürəm, lakin böyüyəndən sonra mən də sosial problemlərə baş vurmalı olacağam və «boz kütləyə» qatılacağam. Lakin mən çalışacağam ki, həmişə nöqteyi-nəzərimi qoruyub saxlayım, çünki geriyə zəiflər və bacarıqsızlar addım atır. Hətta, bacarıqsızlıq barədə hələ mübahisə etmək olar!
Baxıram öz sinif yoldaşlarıma və düşünürəm ki, görəsən, dərslərindən həmişə iki qiyməti alan Cəfərzadə Azərin fotoqrafiyaya olan həvəsi haradandır? O həmişə fotoaparatla gəzir, özü də maraqlı və uğurlu kadrlar seçərək çəkir. Tağılı Adil isə Azərbaycan dili və ədəbiyyatının aşiqidir, elektrik şəbəkəsini isə beş barmağı kimi bilir! Aynur Həsənova - bütün sinif qızlarımızın şəklini çəkir, özü də çox oxşar.
Bizim sinifdə, həyatda tez-tez rast gəlinən «boz kütləlilik» yoxdur. Hamı maraqlı və bacarıqlıdır. Mən gələcəyi görə bilmirəm və deyə bilmərəm ki, orada nə olacaq: sevinc, qəm, kədər, başağrısı? Lakin mən əminəm ki, mənim və dostlarımın valideynləri nə vaxtsa bizim kimi nələr barədəsə düşünürmüşlər, və nələrisə həyatda artıq edə bilmişlər. Çünki onların bizim kimi, onları sevən bir övladları var.
Mən çox-çox istərdim ki, indiki yaş dövrümdə daha çox yubanıb qalım və daha çox müsbət emosiyalar toplayım. Belə ki, topladığım bu müsbət emosiyalar ömrümün axırına kimi mənə və məndən əlavə digərlərinə də kömək olsun.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 120
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri