Sığırçın yuvası (əmək prosesinin təsviri) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 846
Səs ver:
(səs: 0)
Bizim məktəbdə əmək təlimi dərsləri çox maraqlı keçir və buna görə də vaxt çox tez keçir. Bu dəfə də belə idi, bizim müəllim ən yaxşı sığırçın yuvası müsabiqəsi keçirirdi. Həmişəki kimi, Əhməd müəllim hər şeyi ətraflı surətdə başa saldı ki, hansı qaydada və nə cür etmək lazımdır. Bizim hər şeyi düzgün başa düşdüyümüzə əmin olduqdan sonra, o bizə işə başlamağa icazə verdi.
Dərhal dəzgahlar işləməyə başladı və emalatxananı səs-küy bürüdü. Hər birimiz verilən tapşırığın öhdəsindən daha tez və daha yaxşı gəlmək istəyirdik. Əvvəlcə Qurban liderlik edirdi. O tez və dəqiq surətdə lazım olan ölçüləri lövhəyə həkk etdi və ondan müxtəlif detallar kəsdi. Lakin belə çıxdı ki, tək detalları kəsməklə iş bitmir və tərslikdən başqa bir lövhə də qalmamışdı. Buna görə də, təəssüf ki, o müsabiqəni tərk etmək məcburiyyətində qaldı. Lakin elə də tez işləməyən Asif, hər şeyi qabaqcadan ölçüb-biçmişdi. O işi qurtardıqdan sonra, ona bir şey əlavə edib və ya təkrar düzəltməyə ehtiyac qalmadı. Baxmayaraq ki, o, işi Həsənlə bir vaxtda qurtarmışdı, onun gördüyü iş daha səliqəli olduğundan o qalib elan edildi. Əhməd müəllim Asifin əl işini diqqətlə gözdən keçirdi, onu təriflədi və jurnala əla qiyməti qoydu.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri