Salam, Həsən! (məktub) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 44
Səs ver:
(səs: 0)
Dünən mən sənin məktubunu aldım və oxudum, anladım ki, sən idmanla məşğul olmağı vaxtın boş yerə sərf edilməsi hesab edirsən. Mən nəinki səninlə razı deyiləm, hətta səni başa düşmürəm. İdmansız heç yaşamaq olar?! Mən elə bir insan təsəvvür etmirəm ki, ömründə bir dəfə futbol oynamasın, xizək sürməsin və s. Idman - çox güclü bir şeydir. O insana şən, gümrah və həmişə nikbin qalmağa kömək edir.
Basketbol oynamaqdan və ya xizək gəzintisindən mən necə də böyük ləzzət alıram! İdman tək qələbələr, rekordlar və məğlubiyyətlər deyil. idman, həmçinin gözəl istirahətdir. Tezliklə qış gələcək və özünlə bir sıra əyləncələr gətirəcək: konki, hokkey, xizək, kiçik kirşələr... Əgər bunlar olmasaydı, həyat çox üzücü olardı.
Mən həmişə idman barəsində bir əyləncə kimi danışmışam və onun digər üstünlükləri barədə söhbət açmamışam. Idman insana güclü və mərhəmətli olmağa kömək edir, həmçinin fiziki və mənəvi baxımdan möhkəmləndirir. Mən ümid edirəm ki, sən idmanın bizim həyatda nə qədər mühüm olmasını anlayacaqsan və biz tezliklə səninlə idman meydançasında və ya sürüşmə təpəciyində görüşəcəyik. Səbirsizliklə sənin məktubunu gözləyirəm.
Sənin dostun, Əli.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 44
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri