Səyahət (2) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 739
Səs ver:
(səs: 0)
Səyahətlərə çox vaxt ayırmaqla, biz adi məişət həyatında görmədiyimiz və bilmədiyimiz bir çox şeylərlə rastlaşırıq. Bu haqda kitab və ya qəzetdən oxumaq, yaxud televiziyadan baxmaq olar. Coğrafiyanı öyrənməyin ən yaxşı üsulu səyahət etməkdir, insanları tanıyıb və anlamaq üçün ən yaxşı üsulu isə onlarla öz evlərində görüşməkdir. Mən balaca olan vaxtı bütün tətillər mənə gözəl görünürdü. Günəş həmişə aydın parlayır, su isə həmişə ilıq olurdu. Mən bütün günü dostlarımla qumda oynayırdım. Biz qumdan böyük sarı divarları olan qala və qəsriər düzəldirdik. Bəzən biz çimərlikdən gedib kəndləri gəzirdik. Baxmayaraq ki, mən artıq böyümüşəm, mən ideal istirahət haqqında təsəwürüm həmin olaraq qalır. Mən hələ də Günəşi, ilıq havanı və sahilə çırpılan dalğa səslərini xoşlayıram. Artıq mənə qumdan qəsrlər tikmək maraqlı olmasa da, gün altında qaralmağı və barmaqların arasından süzülən qumu hiss etməyi xoşlayıram.
Səyahət etmək mənim xoşuma gəlir. Mən müxtəlif ətirləri yenidən duymaq istəyirəm. Mən müxtəlif ağacları, gülləri və bitkiləri görmək istəyirəm. Mən tətillərdə səyahətə çıxdıqda həmişə özümlə kamera götürürəm və onunla gördüyüm hər bir maraqlı şeyi çəkirəm: şəhərlərin görməli yerlərini, dağlardan görünüşləri, gölləri, dərələri, şəlalələri, qədim evlərin xarabalıqlarını - maraqlı hər bir şeyi. Neçə il keçdikdən sonra çəkdiyim kadrlar mənə keçirdiyim xoşbəxt anları xatırladır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 739
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri