Ş.İ.Xətayinin "Bahariyyə" şeirinin təhlili - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 24
Səs ver:
(səs: 0)
Məmləkətin sərhədlərini xeyli genişləndirməyə, vahid, qüdrətli Azərbaycan dövləti yaratmağa müvəffəq olan Ş.İ.Xətayi vaxtının çox hissəsini dövlət işlərinə, müharibələrə, səfərlərə həsr etsə də, bir-birindən gözəl əsərlər yaradaraq şair kimi də məşhurlaşmışdır. Onun mövzu cəhətdən rəngarəng olan əsərləri, əsasən xalq yaradıcılığı üslubunda qələmə alınmışdır.
Şairin yaradıcılığında irihəcmli «Dəhnamə» əsəri xüsusi yer tutur. Məhəbbət mövzusunda qələmə alınmış bu əsərdə müəllif həqiqi aşiqə xas olan dəyanətlilik, səbirlilik, səmimilik və mərdanəlik kimi üstün keyfiyyətləri şirin dillə, yaddaqalan poetik vasitələrlə tərənnüm etmişdir.
Əsər baharın gəlişini vəsf edən «Bahariyyə» ilə başlanır. Burada şair konkret lövhələrlə təbiətin sevinc fəsli sayılan baharın bütün gözəlliyini göz önündə canlandırmağa müvəffəq olmuşdur. Bu isə ilk növbədə Ş.İ.Xətayinin zəngin təxəyyülünün, dərin müşahidələrinin və əlbəttə ki, incə zövqünün bəhrəsidir.
«Bahariyyə»ni oxuduqda şairin təbiəti çox sevdiyini, onun gözəlliyinə məftun kəsildiyini hər sətirdə hiss edirsən. Müəllif «Bahariyyə»nin elə ilk bəndindəcə baharın gəlişini laləzarın gəlişi ilə müqayisə edir:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.

Baharın gəlişi təbiətdə yeni bir ab-hava yaratmış, böyük dəyişikliklərə səbəb olmuşdur. Torpaq, ağaclar qış yuxusundan oyanaraq sanki baharın pişvazına çıxmışlar. Quşlar şən mahnılar oxuyur, gül-çiçək sevinir. Şair baharın gəlişi ilə təbiətdə yaranan canlanmanı daha qabarıq nəzərə çatdırmaq üçün orijinal bədii təsvir vasitələrindən istifadə etmişdir. Məsələn, aşağıdakı beytə diqqət yetirək:

Yer geydi qəbayi-xizrpuşan
Cümlə dilə gəldi ləbxamuşan.

Əlbəttə, yer paltar geyinə bilməz. Ancaq şair burada məqsədli şəkildə bədii təsvir vasitələrinin bir növü olan məcaza üz tutmuş və bununla da otların göyərməsini, yazda bütün təbiətin yaşıl rəngə bürünməsini oxucuya daha təsirli şəkildə çatdırmağa müvəffəq olmuşdur. ikinci misrada da şairin yüksək sənətkarlığı göz önündədir. Müəllifin qənaətinə görə bahar o qədər təravətli, o qədər cazibədardır ki, bu gözəllik qarşısında, hətta lal-dinməzlər belə duruş gətirə bilmir, həvəsə gələrək danışırlar. Göründüyü kimi, yığcam bir beyt geniş məzmuna, dərin məna yükünə malikdir.
Əsərdə bu qəbildən olan nümunələr çoxdur. Başqa bir beytə nəzər salaq:

Çinar əlini bu rəqsə açdı
Gül xırda zərin şabaşa saçdı.

Birinci misrada şair orijinal bənzətməyə üz tutmuşdur. Müəllif baharın gəlişi ilə təzə-tər yaşıl yarpaqlar açan çinar ağacını sevincdən qol götürüb rəqs edən insana oxşadır. İkinci misra bu səhnənin təsirini daha da artırır: Qızılgül də rəqs edən çinarın sevincinə şərik çıxır və ona şabaş verirmiş kimi öz ləçəklərini ətrafa səpir. Bu kiçik səhnədə xalq yaradıcılığının motivləri aydın bir şəkildə görünür. El şənliklərində rəqs edənə tamaşaçılar tərəfindən şabaş verilməsi xalqımızın qədim adət-ənənələrindəndir. Ş.İ.Xətayinin «Bahariyyə»də belə bir bənzətmədən bəhrələnməsi onun həm xalqın adət-ənənələrini yaxşı bildiyini, həm də bir şair kimi yüksək sənətkarlığa, geniş manevr imkanlarına malik olduğunu təsdiqləyir.
Əgər biz «Bahariyyə» haqqında qısa mülahizələr yürütsək, belə deyə bilərik. Bu şeir baharın gəlişi ilə oyanan, gözəlləşən təbiətin sevincinin poetik ifadəsidir. Şair yerə-göyə sığmayan bu sevinci gah bülbülün mahnı oxumasının, gah durnanın havada uçmasının, gah leysan yağışın yağmasının, gah qumrunun ağacda qum-qum deməsinin, gah da quş balalarının yuvadan səs çıxarmasının timsalında tərənnüm edir.
Şeir ana təbiətə böyük məhəbbətlə qələmə alınmışdır. Şairin seçdiyi forma məzmuna uyğun gəlir və onu tamamlamağa xidmət edir. Belə ki, əsər əruz vəzninin həzəc bəhrində yazılıb. Bu bəhrdə qələmə alınan əsərlər dilinin axıcılığı və avazla oxunması ilə fərqlənir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 24
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri