Şəhidlər xiyabanı and yerimizdir - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1103
Səs ver:
(səs: 0)
Bakının ən uca yerində bir xiyaban var - Şəhidlər xiyabanı. Burada Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı və qardaşlarımız uyuyurlar. Ilham və Fərizə cütlüyü, Çingiz Mustafayev, Ceyran Abdullayeva, Alı Mustafayev, Məlahət Nəsibova... And yerimizə çevrilən bu müqəddəs məkan Vətənin şəhid övladlarının ilk dəfə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının küçələrində törədilən dəhşətli faciədən sonra ağuşuna aldı. Qanlı 20 Yanvarda şəhərimizdə tarixin hələ şahidi olmadığı müsibətlər yaşandı. Rus ordusunun təpədən dırnağadək silahlanmış qoşunları ilə Vətəni candan-qandan əziz sanan əliyalın insanlar üz-üzə qaldılar o gecə. Yox, insanları küçələrə, meydanlara çıxmağa heç kəs təhrik etməmişdi. Onlan vətəndaşlıq duyğusu, düşmənə nifrət hissi, məmləkəti azad və xoşbəxt görmək istəyi birləşdirirdi. Bu böyük qüvvənin əzəmətini, yaratdığı təlatümü təsəwürə gətirmək çətindir. Gəncləri, yaşlı nəslin nümayəndələrini nə ölüm qorxusu, nə də tutulub həbsxanalara atılmaq təhlükəsi çəkindirmirdi. Saatbasaat, anbaan yaxınlaşan təhlükə nə qədər qorxunc, müdhiş idisə, küçələrə, meydanlara toplaşan insanların iradəsi bir o qədər güclü idi. O gecə soydaşlarımızın saf niyyətləri, təmiz duyğuları güllə yağışına tutuldu. Azğınlaşmış əsgərlər yeganə «günahı» Vətəni sevmək olan insanları ağır döyüş maşınlarının altına salıb əzdilər, Bakının küçələri şəhid qanları ilə yuyuldu.
Fəqət bu adi bir ölüm deyildi. Şəhidlər ölümləri ilə əbədilik qazandılar. Ertəsi gün Bakının küçələri, meydanları qırmızı qərənfil selinə qərq olmuşdu. «Bu qan yerdə qalmaz» deyən insanlar əllərində qərənfil «Azadlıq» meydanına axışırdılar. Onlar əziz şəhidlərin cənazələrini başları üstünə qaldırdılar və ucu-bucağı görünməyən insan axını Bakının Dağüstü Parkına istiqamət götürdü. Canlarını Vətən uğrunda fəda edən şəhidlər xalqın yekdil istəyi ilə paytaxtımızın ən uca və ən gözəl yerində - Dağüstü Parkda torpağa tapşırıldılar. Bu, xalqın igid övladlarına dərin ehtiramının, böyük sevgisinin ifadəsi idi. Əməlləri şərəf, ləyaqət, vətənpərvərlik, ucalıq nümunəsi olan şəhidlər elə uca zirvədə də əbədi qərar tutdular. Sonralar Şəhidlər xiyabanının ərazisi genişləndi, burada məzarların sayı artdı. Cəbhədə, Dağlıq Qarabağda torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə misilsiz şücaətlər göstərib şəhidlik zirvəsinə yüksələn bacı və qardaşlarımız da bu müqəddəs məkanda dəfn olundular.
Şəhidlər xiyabanı ilə addımlayırıq. Qəlbimiz kədər və dərin minnətdarlıq hissləri ilə doludur. Bu, Azərbaycan gənclərinin saf sevgi, sədaqət rəmzinə çevrilən cütlüyün - İlhamla Fərizənin məzarıdır. Onlar toy günündə çəkilmiş, indi isə məzarlannı bəzəyən şəkildə necə də xoşbəxt görünürlər. Bu, bütün varlığı ilə Azərbaycana bağlı olan tələbə-şair Ülvi Bünyadzadənin qəbridir. Çox gənc ikən müdriklik zirvəsinə yüksəlmişdi. Onun bulaq kimi çağlayan qəlbi var idi. Burada Çingiz Mustafayev uyuyur. O, həyatını təhlükədə qoyaraq güllə yağışı altında Xocalı faiciəsini lentə almışdır. Bu, döyüş yollarında çoxlu şücaətlər göstərmiş Milli Qəhrəman Əlif Hacıyevin məzarıdır. Bu isə şaxta, qar vuran qönçə timsallı Larisadır. Elə bil bu saat sıralarımıza qoşulacaq...
Azərbaycanın hər bir vətəndaşının qəlbində şəhidlərə dərin ehtiram hissi var. Biz Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş, bununla da cəsarət simvoluna çevrilmiş igid bacı və qardaşlarımızla fəxr edirik. Onların uyuduqları Şəhidlər xiyabanı bizim müqəddəs and yerimizə çevrilmişdir. Burada unudulmaz şəhidlərin xatirəsinə əbədi məşəl kompleksi yaradılıb. Hər gün çoxlu sayda insan, məktəblilər, tələbələr, Bakıya təşrif gətirən qonaqlar Şəhidlər xiyabanını ziyarət edirlər. Təzə ailə həyatı quran gənclər Şəhidlər xiyabanına gəlməyi özlərinə mənəvi borc sanırlar. Onlar burada uyuyan bacı və qardaşlarımızın xatirəsi önündə baş əyir, sevgilərinə şəhid cütlük - İlham və Fərizə kimi sadiq qalacaqlarına and içirlər.
Hər il yanvarın 20-də Şəhidlər xiyabanında xüsusi anım tədbiri keçirilir. Həmin gün Vətənin igid övladlarınm xatirəsini yad etməyə gələn insan axınının ucu-bucağı görünmür, məzarlar, xiyabana gedən yollar qırmızı qərənfil yağışına qərq olur. Şəhidlərin məzarını ziyarət edən insanlan birləşdirir, onların fikrini, düşüncəsini bir-birinə daha yaxın edir. Bura gələn hər kəs şəhidlərin ruhu qarşısında baş əyərək and içir: Vətəni, doğma Azərbaycanımızı sizin kimi sevəcəyik!
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1103
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri