Təbiəti sev və qoru (2) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 4 271
Səs ver:
(səs: 1)
Təbiət və ona olan sevgi haqda, onun sevinci və kədəri haqda qəzet və jurnal səhifələrində yazılır, radio və televiziya verilişlərində danışılır. Sözsüz ki, bunlar hamısı əbəs yerə deyil. insanlar təbii ehtiyatlardan necə gəldi istifadə edir və gələcək haqqında heç düşünmürlər.
Qısa müddət ərzində bizim respublikanın ərazisində çoxlu sayda meşə ağacları qırılmış, flora və faunanın bir neçə növü yaşayışını bitirmişdir.
Bəs, zavodlar və fabriklər? Xəzər dənizi sahillərinin bəzi yerlərinə yaxınlaşdıqda mazut və neft iyi aləmi bürüyür. Ağaclar his və tüstü ilə örtülmüşdür. Evlər hamısı eyni surətdə qəmli görsənir, çünki hamısı boz rəngə bürünmüşdür. Lakin son zamanlar bizim şəhərdə çoxlu sayda parklar salınmağa başlanmışdır. Şəhər sakinləri bu parklarda istirahət edir, öz asudə vaxtlarını səmərəli keçirirlər.
Bizim respublikamızın bəzi səfalı guşələrində elə yerlər vardır ki, ora hələ toxunulmamış olaraq qalır. Gərək biz hamımız birlikdə səy göstərərək, gözəl və səfalı Quba, Nabran, Talış dağları və s. yerlərdə olan meşələri qoruyaq. Təbii ehtiyatlardan elə istifadə etmək lazımdır ki, dənizin üzündə mazut qatı görsənməsin. Bütün bunlar üçün çox şey tələb olunmur. Dəniz sahilində istirahət edərkən, zibili dənizə deyil, zibil qabına atmalı. Ağacların yarpaqlarını və budaqlarını qırmamalı. Quşatanla quşları vurmamalı, əksinə, onların qayğısına qalmalı, imkan düşdükdə onlara yem verməli.
Əgər hər bir vətəndaş ekologiya və təbiətin mühafizəsi haqqında düşünsə və düzgün nəticə çıxarsa, biz əmin ola bilərik ki, gələcək nəsillər, bizim kimi yaşıllıqlara baxmaq ləzzətini, quşların nəğmələrini eşitmə həzzini duya biləcəklər.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 271
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri