Tarix boyu Azərbaycan xalqı şairləri ilə tanınmışdır (2) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 395
Səs ver:
(səs: 0)
Azərbaycan xalqının yaratdığı ədəbiyyat, dünyanın qədim ədəbiyyatlarından biridir. Şifahi xalq ədəbiyyatının az bir hissəsi bizim zamana gəlib çatmışdır.
Neçə əsr bundan qabaq yaşayıb-yaratmış Nizami Gəncəvi, imadəddin TARİX BOYU AZƏRBAYCAN XALQI ŞAİRLƏRİ İLƏ TANINMIŞDIR (3) Nəsimi və Məhəmməd Füzulini bütün dünya tanıyır.
XII əsrdə yaşamış dahi Nizami Gəncəvi dərin mənalı və dünya ədəbiyyatının şah əsərlərindən sayılan «Xəmsə»ni qələmə almışdır. «Xəmsə» (yəni, beşlik) beş əsərdən ibarətdir: «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl» və «İsgəndərnamə».
Bu əsərlər artıq şairin yaşadığı zamanda geniş tanınmışdır. Dahi şair öz əsərlərində ədalətdən və insanpərvərlikdən, yaxşılıq etmək və savab əməllərdən, zalımla mübarizədən və insanın azad olmasından bəhs açır. Nizaminin əsərləri dərin hikmət üzərində qurulmuş və rəvan oxunuşa malikdir.
İmadəddin Nəsimi öz əsərlərində insan vücudunun ali tərəfləri barədə söhbət açır. Ədibin fikrincə, bütün varlığın açarı insanın elə özündə gizlənmişdir.
Onun şeirləri hər zaman qiymətli olan humanist ideyaları, insanın mənəvi gözəlliyini və şüurunu vəsf edir.
M.Füzuli özəl sələflərinin sadiq ənənələrinə sadiq qalaraq, öz geniş yaradıcılığında zamanına xas ziddiyyətləri və insan mənəviyyatının yüksəklikləri barədə bəhslər açır. Ilahi eşq prizmasından məsələlərə toxunan dahi şair, müxtəlif janrlarda nəfis şeirlər yazmışdır.
Görkəmli Azərbaycan şairi, dərin mütəfəkkir Mirzə Şəfi Vazeh XIX əsrdə yazıb-yaratmışdır. O, xanlar və bəylər nəslindən olmayan ziyalı ailəsində doğulmuşdur. Məhz bu səbəbdən onun poeziyası xalq kütlələrini əhatə edir. O, dini fikirləri bəyənib qəbul edir və eyni zamanda, din adından möhtəkirlik edən mövhumatçılarla mübarizə aparır və tərəqqiyə aparan yolu kəsən bu cahil insanları öz poeziyasında ifşa edirdi. O, «Yusif və Züleyxa», «Sədi və şah» süjet poemaları yazmış və bu əsərlərdə onun maarifçi insan olması açıq-aydın görünmüşdür.
Qasım bəy Zakir daha çox satira istiqamətli şair kimi tanınmışdır. Onun şeirləri Vətənə məhəbbət əhvali-ruhiyyəsində yazılmışdır. Lakin Qasım bəy Zakir ilk növbədə satirik-şair olaraq, öz şeiıiərində zəmanəsinin sosial probiemiərini aydın şəklini təzahur etmişdir.
Azərbaycan - dünya ədəbiyyatına böyük töhfələr vermiş şairlər diyarıdır. Nizami, Xəqani, Füzuli, Sabir ədəbi irsi, dünya poeziyası xəzinəsinin inciləridir və onların ənənələri müasir şairlər - Səməd Vurğun, M.Müşfiq, Süleyman Rüstəm və digərləri tərəfindən yaşanmış və inkişaf etdirilmişdir.
Səməd Vurğunun poeziyası özündə poemaları və poetik dramaturgiyanı çox geniş surətdə birləşdirir. Şairin lirizmi onun poeziyasında əks olunur. Sanki, şair vətənpərvər hisslərlə, öz diyarını, vətənini və millətini sevən qəhrəmanların keçirdikləri vücudi təəssüratlarla birgə sintez tapmışdır.
Yeni nəsil Azərbaycan şairləri zəngin ənənəyə sadiq qalaraq, milli ədəbi irsə öz töhfələrini bəxş edirlər.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 395
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri