Təbiəti sev və qoru - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 33
Səs ver:
(səs: 0)
Həyat havasız və susuz mümkün olmadığı kimi, bizi əhatə edən təbiətsiz də keçinmək mümkün deyil. Bitkilərsiz bizim planetdə yaşamaq mümkün deyil. İnsanın həyatında bitkilərin rolu böyükdür. Onlar ətraf mühitə təsir edirlər. Meşələr, ətraf mühiti zərərli qazlardan təmizləyirlər.
Hazırki zamanda bəşər, təbii proseslərə daha aktiv müdaxilə edir. Buna görə də ətraf mühitin qorunması - mühüm məsələlərdən sayılır. Bundan ötrü qoruqlar və təbiət parkları yaradılır. Təəssüf ki, planetimiz üçün bitkilərin nə qədər zəruri olmasını bütün insanlar anlamır: otları məhv edir, ağac və kolluqları qırır, kütləvi surətdə meşələri məhv edirlər. Ağacı əkib böyütmək uzun vaxt aparır, onu məhv etmək isə çox qısa zamanda başa gəlir.
İnsan təbiəti mühafizə etməklə, özünü qoruyur. Biz hara baxırıqsa, demək olar ki, hər yerdə bitki və yaxud, onlardan hazırlanmış əşyaları görürük. Meşələrdə, çəmənlərdə, bataqlıqlarda və səhralarda heyvanlar aləminin müxtəlif növləri yaşayır. Bitkilər həmçinin, bir çox heyvanların qida mənbəyidir. İnsanlar da, bəzi bitkilər və ya onlardan hazırlanmış məhsullarla qidalanırlar. Lakin, bitkilərdən yalnız yemək və məhsul hazırlandığına görə qiymətli hesab olunmur, onlar həmçinin, bizim həyatı bəzəyir və sevinc bəxş edirlər. Ev bitkiləri, ən sadə evi belə, rahatçılığa çevirir. insanın təsərrüfat fəaliyyəti təbiətdə o qədər böyük təsir qoyur ki, canlı orqanizmlərdən bəziləri tamamilə yer üzündən silinmiş və onların nəsli kəsilmək üzrədir. Onları qorumaq bizim borcumuzdur.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 33
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri