Türk dünyasının fəxri - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 37
Səs ver:
(səs: 0)
Azərbaycan xalqının, hətta bütün müsəlman dünyasının ən ləyaqətli oğlu, ölməz Atatürkün yeganə layiqli davamçısı Heydər Əliyev Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biridir. Dünyanın hansı guşəsində Heydər Əliyevin adı səslənirsə, deməli, orada Azərbaycan və azərbaycanlılar böyük bir hörmətlə yad edilir. Xalqımız bütün dünyada tanınmış siyasətçi, dövlət xadimi Heydər Əliyevlə fəxr edir. Heydər Əliyev xalqa inanır, ona arxalanırdı. Ümummilli Liderimiz kiçikdən böyüyə hamının qəlbində yaşayır.
Müxtəlif tarixi dövrlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı dəfələrlə qan içində boğmuş mənfur düşmənlərimizin, onların bitibtükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirmişdir.
Bir tarixi həqiqət danılmazdır ki, keçid dövründə mütləq qələbə əldə etmək üçün qüvvətli şəxsiyyət lazımdır. Hazırda tərəqqi dövrünü yaşayan bütün xalqları, millətləri, ölkələri keçid dövrünün keşməkeşlərindən Vaşinqtonlar, Bismarklar, De Qollar, Atatürklər çıxarmışlar. Bizim ölkəmizdə isə bu böyük tarixi şərəf Heydər Əliyev şəxsiyyətinə nəsib olmuşdur. Ümummilli liderimiz xalqını və vətənini dərin bir məhəbbətlə sevirdi. O deyirdi: «Azərbaycan ən qədim zamanlardan dinlərin, dillərin və mədəniy- yətlərin ünsiyyət yeri olmuşdur. Başqa dinlərlə dözümlülük, dinc və anlaş- ma şəraitində yaşamaq islam dininin nəcib xüsusiyyətlərindən biridir».
Ümummilli liderimiz Heydər Əliyevi təkcə Azərbaycan xalqı yox, dünyanın bir çox müdrik şəxsiyyətləri çox yüksək qiymətləndirmişlər. Henri Kissincer onun haqqında belə demişdir: «Mən görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik zəkasına inanıram və bilirəm ki, onun rəhbərliyi altında Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirəcək və əbədi edəcəkdir.»
Heydər Əliyev dünyanın ən böyük dövlətlərində də tanınır və ona hörmət edilirdi. Zan Buyen bu dahi şəxsiyyət haqqında belə demişdir: «Siz dünyada tanınan şəxsiyyətsiniz və Fransada da böyük hörmətə maliksiniz.»
Xalqın yolunda böyük nailiyyətləri ilə seçilən Heydər Əliyev rəssamın tablosunda, şairin seirlərində, xalqın ürəyində özünə məhəbbətdən əbədi abidə ucaldan unudulmaz şəxsiyyətdir.
Türk dünyası bəşəriyyət tarixinə hər yüzillikdə, heç olmasa, bir böyük dahi bəxş edir ki, onun ziyası, fıkri və əməlləri əsrlər boyu yaşayır, yaşadır, nəsilləri, xalqları və millətləri rövnəqləndirir, onların yoluna nur saçır. XIX əsrdə dünyaya ölməz, əbədiyaşar Mustafa Kamal Atatürk gəlibsə, XX əsr bəşəriyyətə Azərbaycanın müdrik oğlu, dövrümüzün ən böyük siyasi və dövlət xadimi Heydər Əliyevi bəxş edib.
Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti biz məktəblilər, gənclər üçün bir örnəkdir. Biz bu dahi şəxsiyyətdən xalq üçün yaşamağı öyrəndik. Axı ümummilli liderimiz demişdir ki, öz xalqı üçün yaşayan adam xoşbəxtdir. Heydər Əliyev şəxsiyyəti hələ axıradək öyrənilməmişdir. Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən nadir, çıxılmaz hesab olunan vəziyyətdən vətən üçün, xalq üçün ən yaxşı çıxış yolu tapmaq bacarığı Ulu Tanrının ona bəxş etdiyi ilahi vergi idi. Bütün bunların hamısı bir keyfıyyət altında birləşir: Heydər Əliyev böyük azərbaycanlıdır. Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşidir. Heydər Əliyev üçün torpaq təəssübü, Vətən məhəbbəti hər şeydən əziz idi. Sovet ittifaqının yüksək vəzifələrində çalışarkən də, müstəqil Azərbaycanı idarə edərkən də onun bir məqsədi, bir amalı olmuşdur: doğma Vətəni güclü, qüdrətli etmək, onun imzasını dünya dövlətlərinin imzasına qatmaq. Heydər Əliyev Azərbaycanı bütün Azərbaycanlılar üçün qoruyub saxladı. Böyük vətənpərvər rəhbərimiz demişdir ki, xalqın, vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Bu böyük şəxsiyyətin tarixin acı və amansız dövrlərində dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində misilsiz xidmətləri vardır.
Mən Azərbaycanı səfərə çıxan böyük bir gəmiyə bənzədirəm. Bu gəminin yolu uzundur. Azərbaycan adlı gəminin yolunun uzun olduğunu bilirik, bəlkə də, bu gəmi fırtınalara, qasırğalara düşəcək, amma batmayacaq. Yoluna qətiyyətlə davam edəcək, çünki bu gəminin kapitanı böyük şəxsiyyət, dahi lider Heydər Əliyevin davamçısı İlham Əliyevdir. Azərbaycanın sükanı etibarlı əllərdədir. Hamı kimi biz məktəblilər də buna bütün qəlbimizlə inanırıq.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 37
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri