Ürəklərdə ədəbi yaşayan insan - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 1 355
Səs ver:
(səs: 0)
Yaradılmışların əşrəfl olan insan öz sirli-sehrli aləmi, daxili dünyası, əzəmətli görkəmi, güclü ağlı, biliyi, zəkası ilə mövcud olan varlıqların ən alilərinin alisi olduğundan insanları, bütün dünyanı maraqlandırmağa, onları düşündürməyə və bu cahana, bu həyata öz töhfəsini verməyə bilməz. Ən azından ona görə ki, onlar sadəcə dahidir. Tanrının yaratdığı insanlar birbirindən fərqli olaraq bu dünyaya müxtəlif missiyalar üçün gəlirlər və bəziləri hər hansı bir iz qoyur öz əməlləri ilə, bəziləri sanki bu dünyada yaşamamış kimi səssiz-səmirsiz tərk edir bu dünyanı. Bəli, bu insanlardan kimisi qeyriadi istedadı, kimisi söz-söhbəti, kimisi görkəmi, kimisi də dərin zəkası ilə, düşüncəsi ilə qoyur bu izləri. Amma mümkünsüz sayılan hər hansı bir şey onda mümkün olur ki, əsrlər ərzində sanki zəmanəsini gözləyən insanlar dünyaya gəlir, bu göstərdiklərimizin hamısını özündə cəm etməklə. Anamız Azərbaycanın övlad payına, oğul payma malik olan Xəzər gözlü, nur üzlü, qeyri-adi dərrakəli bir şəxsiyyət olan və Azərbaycan xalqının bu gününə görə borclu olduğu bir dahi türk övladı - ümummilli lideri Heydər Əlirza oğlu Əliyevə qismət olmuşdur. Onun bütün insani keyfıyyətlərini, millət qarşısında etdiyi xidmətlərini saysaq, xatırlasaq, mübaliğəsiz, dəryaları qurudub mürəkkəb, meşələri kəsib qələm düzəldək gərək. Axı, o dahi şəxsiyyəti üç-dörd kəlmə ilə yada salmaq günah olardı...
Əgər şair olsaydım, qələmin qüdrəti ilə xəmiri, mayası bayatılar, qəhrəmanlıq dastanlan, şeirlə yoğrulmuş, qidalanmış bir insan surəti təsvir edərdim. Və bu zaman onu öz qəlbimə ən yaxın bir şəxs kimi xatırlardım bu sənət əsərimdə.
Nəğməkar olsaydım, dağ çayı qədər məğrur, coşğun, şəlalətək gur, saz qədər qəlbə yaxın, şirin bir musiqi bəstələyərdim. Çox sevdiyim «Alagöz», «Qaragilə» mahnıları kimi səsi cümlə insanları əfsunlayan, ruhunu qidalandıran bir musiqi. Bəlkə, onda onu bu əsərimdə xatırlayıb, dərk edib, başa düşərdim.
Rəssam olsaydım, rənglərin köməyi ilə dağ qədər vüqarlı, mavi gözlü, nur üzlü, yumruğunu düyünləyəndə düşmənlərin başına bir ildırım kimi çaxan bahadır, el atası təsvir edərdim.
Əgər heykəltəraş olsaydım, saçları Qafqaz, düşünən beyni Bakı, yaralı qəlbi Qarabağ, qolu-qanadı Təbriz, Dərbənd olan bir əsər yaradardım. Bəlkə, bütün bunlardan sonra onu təsvir etmək mümkün ola.
1923-cü ilin gözəl bir may günü. Qədim Oğuz diyarı Naxçıvan. Bu gün tamam fərqli bir gündür. Bu an tamam fərqli bir zamandır. Bütün illər, əsrlər boyu xatırlanacaq, anılacaq bir andır. Dünyaya göz açdıqda atası Əlirza kişini sevindirən bu körpə gələcəkdə bütün türk dünyasının sevgisinə çevriləcəyindən, əlbəttə, xəbərsiz idi. Onu zaman yaratmışdı, onu dövran dəyişdirmişdi və bu səbəbdən o, hər kəs kirni deyildi. Uşaqlıq arzuları belə onu hər kəsdən fərqləndirir, onun gələcəyindən xəbər verirdi insanlara... Bəli, o, hər kəs kimi deyildi. Onun orta məktəb yoldaşlarının birinin xatirəsində deyilir: «Ondan soruşanda ki, böyüyəndə nəçi olacaqsan, o, dərhal «general» olacam söyləyirdi. O, doğrudan da generala bənzəyirdi. Ona sinifdə zarafatyana «general» deyərdik. Böyüdükdən sonra əwəlcə DTK-nın sədr müavini, sonra sədri vəzifəsində çalışan Heydər Əliyev general-mayor rütbəsinə yüksələrək uşaqlıq arzularını qismən reallaşdırmışdı. Hətta ən adi insanlardan belə soruşanda onlar Heydər Əliyev zirvəsindən onun açıqsözlülüyündən, əzəmətindən, gücündən, qüdrətindən ürəkdolusu danışır, onu təsvir etməyi bacarır. Bu isə şəxsiyyətin dahiliyini əks etdirən daha bir amildir».
Müxtəlif illərdə Sənaye İnstitutunun memarlıq, Azərbaycan Dövlət Universitetinin tarix fakültələrini bitirən Heydər Əliyev 1969-cu ildən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi təyin olunmuşdur (işlədiyi dövrdən 1982-ci ilədək Azərbaycan sovet imperiyasının tərkibində olanda milli maraqları məhv olmaqda olan adətənənələrini qoruyaraq, onu xalqına qaytardı və Azərbaycanın beynəlxalq arenada tanınması, nüfuz qazanması üçün əlindən gələni əsirgəmədi).
1993-cü ilin məlum hadisələri dövründə xalq öz xilaskarını, gələcək müstəqil Azərbaycanın bayraqdarının yolunu səbirsizliklə gözləyirdi. Xalqın özünün istəyi ilə Vətənə gələrək Azərbaycanda olan qardaş qırğınının, xaosun qarşısını alan Heydər Əliyev, doğrudan da, xalqın həqiqi xilaskarına çevrildi. Iki dəfə Azərbaycan Respublikasınm Prezidenti olan Heydər Əlirza oğlu Əliyev hakimiyyətdə olduğu illərdə respublikamız, xalqımız, gələcəyimiz üçün əlindən gələni etdi. Bu dövrlərdə intizamsız və silahsız bir orduya, bəlkə də, yarıdan çoxu könüllülər olan orduya malik Azərbaycan Qarabağın müdafıəsi uğrunda gedən döyüşlərdə saysız-hesabsız gəncini itirdi. Bütün bunları ölçüb-biçən və bunun heç bir mənası olmadığını dərk edən Heydər Əliyev döyüşləri dayandırdı və atəşkəsə nail oldu. Eyni zamanda, böyük müqavilələrə imza atan Heydər Əliyev xalqımız üçün mümkün olacaq hər şeyi etdi. Nə qədər ki ulu xalqım var, nə qədər ki Azərbaycan var, Sən də varsan, Ulu öndər!
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 355
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri