Vətənin layiqli övladı olmalıyam - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 440
Səs ver:
(səs: 0)
Həyatda hər şeyi zövqə və imkana görə dəyişmək olur, bircə Vətəndən və anadan başqa. Vətəni və ananı seçmirlər. Bunların hər ikisi tale töhfəsidir, alın yazısıdır. Yer üzünün bütün xalqları «Vətən» sözünürı müqəddəsliyinə uyğun epitet axtaranda «Ana» kəlməsinin üstündə dayanıblar, «Ana vətən» deyiblər. Onlar qoynunda yaşadıqları torpağa «Ana vətən» deyəndə, elə bil ki, bir yerdə düşünüb-daşınıblar başqa cür ola da bilməz. Çünki Vətən bəşər övladının şan-şöhrəti, qeyrəti və namusudur.
Vətən müqəddəsdır, Vətən əzizdir. Bizim bütün sevgililərimizin əvvəli də, axırı da Vətənlə bağlıdır.
Mən «Vətən» anlayışının müqəddəsliyini dahi Üzeyirin «Koroğlu» üvertürasını dinləyəndən, Sabirlə Mirzə Cəlili oxuyub dərk etməyə başlayandan duymuşam. Bu müqəddəslik mənim qəlbimə ana laylası ilə, ana zümzüməsi ilə axıb. Vətən təkcə torpaq, yurd-yuva deyil. Vətən bizik, hamımızıq. Onun dünəninə də, bu gününə və sabahına da hamımız cavabdehik. Əməyimizlə, əməlimizlə, lazım gəlsə, canımızla və qanımızla.
Bu yaxınlarda əlimə görkəmli şairimiz Bəxtiyar Vahabzadənin «Gəlin açıq danışaq» kitabı keçmişdi. Çox maraqla oxuduın. Bəxtiyar müəllim böyük şair olduğu kimi, həm də gözəl publisist imiş. Kitabdakı bir epizod məni çox maraqlandırdı. Müəllif göstərir ki, 1980-ci illlərdə Astara şəhərinin girəcəyində yolun solunda ağbirçək bir ananın böyük portret şəkli var idi və şəklin kənarında iri hərflərlə ananın ürək sözləri yazılmışdı:
«Ey yoldan ötən, ayaq saxla, ağbirçək ananın sözlərinə qulaq as: qədəm basdığın bu torpaq sənin doğma vətənindir. Bu yurd, bu ocaq sənin qeyrətindir, namusundur... Vətən sənin fəxrindir, qürurundur, şərəfindir. Onu sev, ona həmişə sədaqətli ol!»
Çox ibrətamiz sözlərdir. Insanın məsləki də, amalı da Vətən sevgisindən başlanır. Şəxsi istək, şəxsi arzu milyon-milyon yurddaşın istək və arzusunda əriyir, yoxa çıxır. Bu zaman hər bir vətəndaş vətənləşir, amala çevrilir. Vətən timsalına dönür.
Mənim vətənim Azərbaycandır. Odlar yurdu, Şərqın qapısı Azərbaycan! Mənim ulu əcdadım bu torpaqdan yaranmış, bu torpaqda boy atmış, bu torpaqda yaşayıb, bu torpağa qarışmışdır. Bu ulu torpaq babalarımızın qanı ilə suvarılıb. Uğrunda qan tökülməyən torpaq Vətən ola bilməz. Torpaq o zaman Vətən olmaq haqqı qazanır ki, bu torpağın üstünə qan və alın təri tökülmüş olsun, əgər belə olmasaydı bu torpağı Vətən adlandırmaga bizim haqqımız çatmaz və onu hər gələnə peşkeş edər, onun uğrunda qanlar axıtmazdıq.
Mən vətənim Azərbaycanı hədsız məhəbbətlə sevir, bu torpağın övladı kimi ona səcdə edirəm lazım gələrsə. Vətənimin azadlığı və şərəfi uğrunda canımdan da, qanımdan da keçməyə hazıram. Şair yaxşı demişdir:

Vətəni sevməyən insan olmaz,
Olsa o şəxsdə vicdan olmaz.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 440
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri