Vətənimin əbədi dostu - Xəzər (2) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 198
Səs ver:
(səs: 0)
Bütün dünyada bənzəri olmayan Xəzər dənizi ölkəmizin ayaqları altındadır. İlin, günün, ayın istənilən vaxtı, onun mavi dalğaları fərəh doğuran gözəlliyi heyrətamizdir. Xəzər dənizi sakit havalardakı gözəl görsəndiyi qədər, küləkli havalarda - dəlisovdur. O, insana bənzər xarakterə, simaya malikdir. Əgər mən rəssam olsaydım dənizi müxtəlif üzlü formada təsvir edərdim. Tanınmış rəssam Ayvazovskinin «Doqquzuncu astana» adlı əsəri vardır. Əsərdəki təsvir olunan böyük və qüwətli dalğalar, sanki hər şeyi yuyub aparmağa qadirdi. Rəssamın yaratdığı bu dalğaları Xəzərin möhtəşəm dalğaları ilə müqayisə etmək olar.
Bakı sahillərini çox xoşlayıram. Sahildə oturaraq dənizi seyr edirəm, mavi dənizin dalğaları isə sahilə çıxaraq isti damcıları ilə məni salamlayırlar. Suyun üzərində ağ qağayılar uçuşur, bunların hamısı məndə izah edə bilmədiyim hisslər doğurur. Romantik bir səhnədir. A.S.Puşkin heç də əbəs yerə, dənizin mavi dalğalarını, məğrur gözəlliyi ilə parıldayan azad qüwə adlandırmamışdı.
Xəzər dənizinin dünya okeanı ilə əlaqəsi olmadığından, göl hesab olunur. O, ölkəmizin Şimal və Cənub sahillərini yuyur. Onun gözəlliyi rəssamların əl işlərində, şeirlərdə və filmlərdə dəfələrlə canlanmışdır.
Xəzərin sahəsi 371 kv km, suyun həcmi 7 500 kub metr, eni 330 km, uzunluğu 1200 km, orta dərinliyi 180 m, ən dayaz yeri 5 m olan unikal göldür. Dalğalar 9-10 m, mərkəz hissədə isə 14-15 m olur. O, üç yerə ayrılır: yuxarı, orta, aşağı. Şimaldan dənizə Volqa çayı tökülür.
Abşeron və Bakı arxipelaqları olduqca qeyri-adidir. Dənizin sahilində Qızılağac və Türkan qoruqları yaradılmışdır. Xəzər qlauiber duzu, yanar qaz, neft, yod, brom və.s faydalı qazıntılarla zəngindir. Çoxlu quşlar, suiti, nərə balıqları vardır.
Ölkənin ən əsas faydalı qazıntısı olan neft, xarici ölkələrə ixrac olunur. Bakı-Novorosiysk neft kəməri artıq fəaliyyət göstərir, 2004-cü ildə Bakı- Tiflis-Ceyhan neft kəməri istifadəyə verilmişdir. Amma çox təəssüf olsun ki, Xəzəri beş ölkə (Rusiya, Qazaxıstan, Türkmənistan, iran, Azərbaycan) öz aralarında hələ də bölə bilmirlər.
Neft daşları bütün dünyada məşhurdur. Dənizin içində dəmir dayaqlarda ucaldılmış şəhərcikdə neftçilər yaşayırlar.
Xəzərin sahilində insanlar üçün önəmli olan, təmiz havası ilə seçilən meşə massivi və gözəl çimərliyi olan - Nabran yerləşir.
Mən öz diyarımı və onun mavi Xəzərini çox sevirəm.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 198
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri