"Vətənçin yaşayan, vətənçin ölən, səmimi bir insan nə bəxtiyardır!" (M.Müşfiq) - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 365
Səs ver:
(səs: 0)
Cəmi 29 il... Həyatın şirinini dadıb, acısını yaşamağa macal tapmayan bir insan, dahi, duyumlu bir şair. 29 il yaşamış bir insan bu qədər maraqlı şeirlər yaza bilərdimi? Belə bir insanda ülvi bir məhəbbət, vətən sevgisi, birbirini tamamlayan söz ehtiyatı, həyat təcrübəsi haradan qaynaqlanırdı? Lirik şeirləri ilə yalnız ruhlar fəth edən, qəlbləri dincəldən, insanı yaşamaq və yaratmağa sövq edən şairə «xalq düşməni» damğasını vurmaq nə qədər ədalətli bir işdir? Müşfiq şeirlərində insanları duyğulandıra, qəlbləri riqqətə gətirən, çeviklik, saf hisslər, vətən sevgisi və məhəbbəti bu gənc şairin «xalq düşməni» kimi layiq olmadığı ada sövq etdi.

Vətənçin yaşayan.vətənçin ölən,
Səmimi bir insan nə bəxtiyardır!

Deyən şair bu misralarda Azərbaycanımızın qanlı-qadalı tarixi keçmişini canlandırır. Bu misralarda vətən övladlarının qəhrəmanlıq ruhu, onun qarşısında amal, borcu çox bacarıqla ifadə olunmuşdur. Kiçik bir yazıda böyük bir ürək - Azərbaycan yerləşmişdir.
Azərbaycan, doğma diyar! Zaman-zaman başın çox bəlalar çəkdi. Qarabağ dərdi hər azərbaycanlının qəlbində böyük bir nisgilə çevrilib. Bu savaş mərd Azərbaycan övladlarını hər cür qəhrəmanlığa sövq etmişdi. Vətən o zaman bütövləşir ki, yolunda qəhrəmanlar gedir, şəhidlər olur.
«Torpaq-uğrunda ölən varsa Vətəndir»-deyirlər. Şəhidlər xiyabanında uyuyan igidlərimiz ölümü ilə ölümsüzlüyə qovuşanlar, bunu sübuta yetirdilər.

«Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitirdəm!»
(M.Araz)
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 365
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri