Vətən qarşısında öz borcumu nədə görürəm? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 348
Səs ver:
(səs: 0)
Vətənim Azərbaycan, doğma diyarım! Odlar yurdu, igidlər, mübarizlər, ərlər-ərənlər, qorxmazlar, atəşürəklilər diyarı! Tarixdə izi qalan, sözü qalan «qoca şərqin qapısı», ulu diyarım! Nizamilər, Nəsimilər, Fizulilər, Vurğunlar, Cəfərlər, Müşfiqlər, Üzeyirlər yetirən ana torpaq, sən nə qədər müqəddəssən, ülvisən, doğmasan!

Od ürəkli, od nəfəsli diyarımsan,
Ocağına canım qurban Azərbaycan!
Əzilsən də əyilməyən vüqarımsan,
Bu çağına canım qurban Azərbaycan!

Vətəni sevmək, onun qarşısında borcunu, vəzifəsini dərk etmək üçün gərək əvvəlcə onun keçmişini, bu gününü dərindən biləsən. Keçmişinə, tarixinə, adət-ənənələrinə, milli mənəviyyatına yiyələnəsən. Dünyada göz açıb- böyüdüyün ailə, məktəbəqədər təhsil ocağı, təhsil aldığın məktəb sənin vətən qarşısında olan borcunu, vəzifəni sənə bir daha xatırladır, dərk elətdirir, Vətəni sevmək, onu qorumaq ana bətnindən genlə, qanla sənin ruhuna hopur. Sonra isə yaşadığın mühitdə formalaşır, yetkinləşir, əsl vətəndaşa çevrilirsən. Əgər mən bunları anamdan, doğmalarımdan, təhsil aldığım müəllimlərimdən eşitməsəm, görməsəm əsl vətəndaş kimi yetişə bilmərəm.
Hər bir şəxsin bir amalı, bir məramı olmalıdır. Vətən sevgisi, Vətən qarşısında öz borcunu dərk etmək! Bu ana laylasıdır, həzin musiqimizlə qammıza, canımıza hopmuşdur. Bu bir arıa nəsihəti, ata öyüdü ilə beynimizə, idrakımıza həkk olunmuşdur.
Mənim borcum Vətəni, doğma torpağı qorumaq, ona xidmət etmək, onu sevməkdir. Bu sevgiyə köklənən insanın ürəyi geniş olur, qəlbi daim yaşayıb-yaratmaq, qurmaq eşqiylə coşub-çağlayır. Azərbaycana, millətinə daha da bağlanırsan. Qanlı-qadalı tariximizi xatırlayaraq, vətənini çılğın bir məhəbbətlə:

Başım üstə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, Azərbaycan!
Ruhuma büt, cismin üçün Vətən olan
Torpağına canım qurban, Azərbaycan!

-deyirəm
Vətən qarşışında borcumu yüksək savada yiyələnib, milli-mənəvi dəyərlərimizə əsaslanaraq tarixi keçmişimizi dərindən öyrənməkdə görürəm.
Vətənim Azərbaycanın ta qədimdən hansı ərazilərdə məskunlaşdığını, kimlər tərəfındən torpaqlarımızın işğal olunduğunu öyrənmək istəyirəm. Sərhədlərimizin bərpası, torpaqlarımızın azadlığı uğrunda lazım gəldikdə zehni, lazım gəldikdə fiziki qüvvəmlə mübarizəyə qalxmaq Vətənim Azərbaycan qarşısında olan ən ümdə borcumdur. Çünki bu gün bizim dərdimiz təkcə Qarabağ dərdi deyil. Vətənim Şimaldan və Cənubdan da hər zaman təhlükələrə məruz qalmışdır. İkiyə bölünmüş Azərbaycanım çox nisgillidir, vətəndaşlarından imdad, kömək gözləyir:
Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyaram başımı ayaqlarına,
Ey ana torpağım! Ey Azərbaycanım!
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 348
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 3205
Xəbər sayı: 109
Btsarmy;)
Maraqli movzu idi)
Teşekkürler!
3 iyul 2020 14:52
1
-'Cox deyirler!)) "Sevgi nedir?"
"Sevgi kor bir insana goygurwagini basa salmaqdir" //
...✌

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri