Yaşadığım ərazidəki tarixi abidələr haqqında nə bilirəm? - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 202
Səs ver:
(səs: 0)
Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə görə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır.
Bakı şəhərinin mərkəzində sahəsi 22 ha olan «İçərişəhər» yerləşir. «İçərişəhər»də 50-dən çox müxtəlif dövrləri əhatə edən tarixi və memarlıq abidələri vardır. Bu günə qədər qorunub saxlanılmış abidələrə Şirvanşahlar sarayını, Qız qalasını, Sınıq qalanı misal göstərmək olar.
Azərbaycan memarlıq incilərindən biri olan Şirvanşahlar sarayı XV əsrin əwəllərində salınmış, buraya kompleks, saray, divanxana, Şirvanşah türbəsi, minarəli saray məscidi, hamam, Seyid Yəhya Bakuvi türbəsi və sonralar ucaldılmış «Şərq» divanxanası abidələri daxildir. Kompleksin ilk tikililəri 1441-ci ilə, son «Şərq» divanxanasının tikintisi isə 1558-ci ilə memar Əmrşaha aid olduğu qeyd edilir.
1964-cü ildən muzey qoruq kimi fəaliyyət göstərir və dövlət tərəfindən mühafızə olunur.
Azərbaycan memarlığının inkişaf abidəsi olan «Qız qala»sı Içərişəhərin cənub- şərq hissəsində ucaldılmış və bu abidə iki mərhələyə tikilib. Qalanın hündürlüyü 29,7 m, diametri isə 16,5 metrdir. Divarlarının qalınlığı aşağı hissədə 5 m, yuxarıda isə 4 metrdir. Qala 8 yarusdan ibarətdir, daxilində su qatlarına qədər çapılmış 21 metr dərinliyində olan quyu vardır. Qala sirli memarlıq abidəsidir.
Od məbədi olan «Atəşgah» Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. «Atəşgah» XVII - XVIII əsrlərdə təbii qazların çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir.
Bakının ən qədim və zəngin tarixi abədələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınmış Qobustandır.
Bakının Mərdəkan qəsəbəsində qədim tarixə malik ilk qala mövcuddur.
Bunlardan biri dördkünclü olub XII əsrdə tikilmişdir. Bu qala Axıstanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmışdır. Qalanın hündürlüyü 22 metr, qalınlığı aşağıdan 2,10 metr, yuxarıdan isə 1,60 metrdir. İçəridən qala 5 yarusa bölünür.
İkinci qala dairəvidir, yerlilər bu qalanı Şıx qalası adlandırırlar. Qalanın hündürlüyü 12,5 metrdir, içərisi 3 yarusdan ibarətdir. Qalanın üstündəki yazıdan məlum olur ki, o, 1232-ci ildə memar Əbdülməcid Məcid oğlu tərəfindən tikilmişdir.
Bakının Ramana kəndində XVI əsrə aid qala var. Qalanın hündürlüyü 15 metrdir. Ağ daşdan tikilən qalanın dəqiq tikilmə tarixi bəlli deyil. Güman ki, müdafiə məqsədi ilə tikilib və Şirvanşahlar dövründə qəsr kimi istifadə olunub. Tarixçilər Ramana qalasından Qız qalasına vaxtıilə yeraltı yolun olduğunu qeyd ediblər.
Qız qalası və Şirvanşahlar sarayı daxil olmaqla İçərişəhər tarixi və memarlıq kompleksi YUNESKO-nun tarixi mədəni irsinə daxil edilmişdir.
Qalalar Azərbaycan xalqının mərdlik simvoludur. Biz tarixi abidələrimiz sayəsində xalqımızın şanlı keçmişini daha da yaxından öyrənirik. Babalardan bizə miras qalmış abidələrimizi qoruyub gələcək nəsilə çatdırmalıyıq.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri