Yaşlılara və uşaqlara qayğı göstərmək mənəvi borcumuzdur - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 185
Səs ver:
(səs: 0)
Atalar deyib: «Böyüksüz yerdə oturma», «Ağsaqqalsız yer suyu sovrulmuş dəyirmana bənzəyir». Nə gözəl deyilmiş, həyat sınağından çıxmış sözlərdir.
Həyatda hər kəsin öz yeri olmalıdır. Böyüyün böyük, kiçiyin kiçik. Bunların əsası ailədə qoyulur. Ailədə qarşılıqlı hörmət varsa, o ailədə böyüyən uşaq da böyüyəndə bu hörməti gözləyəcək.
İstər ailədə, istərsə də məktəbdə həmişə özündən böyüyə və özündən kiçiklərə hörmətlə yanaşmağı öyrədirlər.
Ən kiçiklərə hörmətlə yanaşmağı öyrədirlər.
Hər bir gənc özündən böyüyə yer verməli, böyük danışarkən sözünü kəsməməli, çətinə düşən zaman kömək etməlidir. Böyüyə hörmət olan yerdə ruzi, bərəkət bol olar.
Xalqımızın mentalitetində böyük-kiçik münasibətləri yalnız ailə çərçivəsində məhdudlaşmır. Bu qayğı və hörmət cəmiyyətdə və dövlətdə də qorunub saxlanır.
Bu bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən biridir. Dövlətimiz də həmişə uşaqlara və yaşlılara xüsusi qayğı göstərir. Bu qayğı bizim müqəddəs və mənəvi borcumuzdur.
Ən vacib məsələlərdən biri uşaqlara münasibət, uşaqlara qayğı, uşaqların təhsilinin, tərbiyəsinin təmin olunması və uşaqların qorunması və müdafiə edilməsidir.
Hər bir valideyn uşağına və nəinki öz uşağına, ümumiyyətlə, uşaqlara qayğını, diqqəti özünün həm borcu, həm də müqəddəs vəzifəsi kimi qəbul etməlidir.
Ölkəmizdə valideynsiz, çadırda yaşayan, valideyni şəhid olan, fiziki cəhətdən zəif uşaqlığından məhrum olub maddi ehtiyac içərisində yaşayan uşaqlarımız var. Onlara qayğı göstərmək dövlətin, cəmiyyətin və hər birimizin müqəddəs borcudur.
Biz gənclər iki nəsil arasında körpüyük. Uşaqlar və yaşlılar. Gərək bu körpünü elə yaradaq ki, haradasa qırılıb tökülməsin.
Yaşlılar bizim keçmişimiz, uşaqlar isə bizim gələcəyimizdir. Biz gənclər keçmişimizə sığınıb gələcəyimiz olan uşaqların Azərbaycanın dəyərli vətəndaşı olmasında öz səy və bacarığımızı əsirgəməməliyik. Onlar müstəqil Azərbaycanın qurucuları, yaradıcıları və Azərbaycanı yüksəklərə qaldıranlardır.
Biz gənclər və bizdən sonra gələn nəsil Azərbaycanın xoşbəxt gələcəyini təmin etməyə qadirik. Onu qorumağa, inkişaf etdirməyə, irəliyə aparmağa və yüksəklərə qaldırmağa hazırıq.
İnsan ömrü müxtəlif yaş mərhələlərindən ibarətdir. Illər ötdükcə yaşının üstünə yaş gəlir. Qocalırsan, hörmət və qayğıya ehtiyacın olur. Biz böyüklərə hörmət və qayğı ilə yanaşmalıyıq ki, bizdən sonra gələn nəsil də biz qocalanda bizə hörmət etsin.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 185
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri