Yay və qış idman növləri - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 156
Səs ver:
(səs: 0)
Bütün dünyada insanlar idmanı və idman yarışlarını sevirlər.
İdman və idman yarışları müxtəlif millətləri və sinifləri birləşdirmək vasitələrindən biridir.
Açıq hava altında ən məşhur qış idman oyunları - atəş açma, ov və xokkeydir. Qış şaxtalı keçən və qar çox olan ölkələrdə isə - konkidə sürüşmə, xizəkdə yarışlar və s. Şaxtalı bir qış günündə və günün bir balaca saçdığı bir vaxtda katoka getməyin xüsusi ləzzəti var. Bəzi insanlar belə hava olan vaxtı şəhərin kənarında olmağı üstün tuturlar: konkilərdə sürüşmək, meşədə xizək sürmək üçün və s. Bir çox insanlar fiqurlu konki sürmədən və xizəkdə uzunluğa tullanmaqdan xüsusi ləzzət alırlar.
Yay isə öz növbəsində, üzgüçülük, avarlı və yelkənli qayıqda üzmə və s. idman növləri ilə məşhurdur. Hər mövsüm müvafiq idman növlərini həyata keçirmək üçün şərait yaradır. Cəmiyyətdə ən məşhur, hamının məşğul olduğu, açıq havada aparılan idman növləri arasında birinci yeri futbol tutur. Futbolu dünyanın hər yerində oynayırlar. Futboldan sonra gələn digər oyunlar isə müxtəlif ölkələrdə fərqlənir - bunlar kriket, voleybol, basketbol və s. Həmçinin, gənclər arasında badminton çox populyardır, hətta yaşlı nəsil arasında da bu idman növü geniş yayılmışdır.
Bəzi insanlar isə il boyu ərzində boksla, güləşlə, gimnastika və yüngül atletika ilə məşğul olurlar. Oğlanlar arasında güləş daha populyardır. Güləş bizim milli idman növümüzdür. Karatenin müxtəlif növlərinə də gənclər xüsusi həvəs göstərirlər. Bu idman növləri ilə qızlar da məşğul olur.
Qapalı binalar içində, il boyu idmanla məşğul olma növləri arasında bilyard, stolüstü tennis, dama və şahmatı göstərmək olar. Şahmat yarışlarının nəticələri bütün dünya entuziastlarının müzakirəsinə və təhlilinə səbəb olur.
Beləliklə, bir sıra dəlillərin əsasında biz belə bir nəticəyə gələ bilərik ki, idman dünya insanlarını bir-birinə yaxınlaşdırmaq üçün əvəzolunmaz vasitələrdən biridir.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 156
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri