Yay tətilini necə keçirdim - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 3100
Səs ver:
(səs: 0)
Səbirsizliklə gözlədiyim gün nəhayət ki, gəlib çatdı. Yay tətili başladı. Bu tətil mənim sonuncu tətilimdir. Belə ki, mən bu yay X sinifi bitirib, XI sinifə keçdim. Odur ki, bu tətili çox səmərəli, faydalı keçirməli idim. Tətil müddətində çoxlu mütaliə etməli, seçdiyim sənət üzrə aldığım bilikləri daha da möhkəmləndirmək niyyətindəyəm. Bunun üçün səsli-küylü, haylı-həşirli doğma Bakımdan bir neçə müddət ayrıldım. Babamın, nənəmin yaşadığı Gəncə şəhərinə getdim. Orada mütaliyəmlə yanaşı, Gəncənin sərin, təmiz havasından doyunca udaraq, bulaq suyundan içib, təbii, dadlı ərzaqlarından yedim. Bu qədim Nizami yurdunu qarış-qarış gəzib, görkəmli tarixi abidələrini - «Cavad xan türbəsi»ni, «Şah Abbas məscidi»ni, «Cümə məscidi»ni, yeni salınmış istirahət məkanlarını gəzib seyr etdim.
Səfalı Hacıkənd qalxıb Xoşbulağın havasını ciyərlərinə çəkərək, onun diş qamaşdıran sərin, buz kimi suyundan içdim. Oranın füsunkar, əsrarəngiz heyranlığımı bir daha dərk etdim. Bütün bunlar məni sevindirdi. Lakin qəlbimdə dərin bir hüzn və nisgil vardır. Axı, mən durnagözlü Göy gölümə, Maral gölümə qovuşub, Murovumu, Kəpəzimi seyr edə bilmədim.
Mən hər zaman Qarabağıma qovuşmaq, onu azad görmək üçün böyük yaradana dualar edirəm. Başda prezidentimiz olmaqla qüdrətli ordumuz, qeyrəyli vətən oğullarına uğurlar arzulayıram. Arzu edirəm ki, növbəti yay istirahətimi Qarabağımın dilbər guşəsində Şuşamız, Laçınımız, Kəlbəcərimiz, Xocalımız, Ağdamımızda keçirim. Amin!
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3100
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri