Sifətin isimləşməsi və təhlil qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 58 951
Səs ver:
(səs: 35)
Sifətin isimləşməsi
Bəzi sifətlər cümlədə ismi əvəz edə bilir, yəni onun yerində işlənir. Belə sifətlər isimləşmiş (substantivləşmiş} sifətlər adlanır. İsimləşmiş sifətlər İsmin suallarına cavab olur və isimlərə məxsus cəm, hal, mənsubiyyət şəkilçilərini qəbul edir. Məsələrj Qocalara hörmət hər bir gəncin borcudur. İgidlərimiz düşmənə layiqli cavab verdilər. Bu cümlələrdəki qoca, gənc və igid sifətləri aid olduqlan isimləri əvəz etmişdir. Birinci cümlədəki qoca sifəti adamlara ismini əvəz edərək onun yerində işlənmişdir (qoca adamlara — qocalara). Eyni cümlədəki gənc sifəti də oğlanın (gənc oğlanın) ismini, ikinci cümlədəki igid sifəti isə döyüşçülərimiz (igid döyüşçülərimiz) ismini əvəz etmişdir. İsimləşmiş sifətlər cümlədə mübtəda və tamamlıq vəzifələrində çıxış edir. Morfoloji təhlil zamanı belə sifətlər isim kimi yox, isimləşmiş sifət kimi təhlil olunur.
Sifətin cümlədə rolu.Sifətİər cümlədə ən çox təyin olur. Bəzən sifətlər cümlədə xəbər vəzifəsində də çıxış edir. Bu halda xəbər isimdən əvvəl işlənir və şəxs (xəbərlik) şəkilçilərini qəbul edir. Məsələn: yaxsıyam, yaxşısan, çalısqandır, kiçiyik, ağıllısınız və s.

Sifətin təhlil qaydası
Sifətin təhlili zamanı onun aşağıdakı xüsusiyyətləri göstərilir:
1. Əlamət, keyfiyyət, rəng və s. bildirməsi və sualı
2. Quruluşca növü
3. Dərəcəsi
4. Bağlı olduğu söz
5. Cümlədə rolu
Məsələn: Anar ağıllı və hazırcavab oğlandır. O, sinifdə ən çalışqan şagirddir.
Ağıllı — keyfiyyət bildirir, necə? sualına cavab olur: Quruluşca düzəltmədir — ağıl ismindən düzəlmişdir. Adidərəcədədir, isim ilə bağlıdır. Cümlədə təyindir.
Hazırcavab — keyfiyyət bildirir, necə? sualına cavab olur. Quruluşca mürəkkəbdir: hazır sifəti və cavab ismindən yaranmışdır. Adidərəcədədir, oğlan ismi ilə bağlıdır. Cümlədə təyindir.
Çalışqan — keyfiyyət bildirir, necə? sualına cavab verir. Quruluşca düzəltmədir. Çoxaltma dərəcəsindədir, ən ədatının köməyi ilə bu mənanı bildirir. Şagird ismi ilə bağlıdır. Cümlədə təyindir.
(səs: 35)
Şərhlər: 4
Baxılıb: 58 951
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri