Xitab və ara sözlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 20 420
Səs ver:
(səs: 9)
Cümlə üzvlərindən danışarkən qeyd etdiyimiz kimi, bir sıra sözlər və birləşmələr daxil olduğu cümlənin üzvləri ilə mənaca əlaqələndiyi halda, qrammatik (sintaktik) əlaqədə olmur. Ona görə də belə sözlər və birləşmələr cümlə üzvü sayılmır. Məsələm: – Vaqif! Ey sərvərim, ey tacıdarım! – Nə var, nə deyirsən, vəfalı yarım?
Beləliklə, cümlə üzvləri kimi, xitablar və ara sözlər də ifadə olunur. Lakin onlardan fərqli olaraq, sintaktik əlaqədə olmadıqları üçün cümlə üzvü olmurlar. Cümlə üzvü olmasalar da, fikrin dəqiq şəkildə ifadəsində və müraciət obyektini bildirməsində onların rolu böyükdür.

Xitab
Cümlədə müraciət olunanı bildirən sözlərə və birləşmələrə xitab deyilir. Məsələn:
Durma, ey Nizami, iş zamanıdır,
Fələk etibarsız, dünya fanidir.
Xitab adətən insana aid sözlərlə ifadə olunur, insana müraciətlə işlədilir. Adamları çağırmaq, oyatmaq kimi ifadə olunur. Məsələn: Ey insanlar, sülhə gəlin. Xanımlar və cənablar.
Başqa canlılara, hətta cansızlara da müraciət işlənilir. Belə xitablar, bir qayda olaraq, bədii dildə, xüsusən şerdə işlənir. Məsələn:
Keçən dövran, belə qalmaz,
Şad ol, könül, nə məlulsan?!

Ara sözlər
Ara sözlər danışanın etdiyi fikrə münasibətini bildirir. Nəhayət, əl-ayaq yığışdırılanda kişi içəri girdi.
Ara sözlər söz, söz birləşməsi və ya cümlə şəklində olur.
1. Söz formasında: Qısası, bu iş baş tutan deyil. Demək, siz də bu fikirdəsiniz.
2. Söz birləşməsi formasında: Sözün düzü, Lalə bu məktubu səbirsizliklə gözləyirdi.
3. Cümlə formasında: Qəribədir, görəsən o indi haradadır?
(səs: 9)
Şərhlər: 4
Baxılıb: 20 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri