Rus dilini öyrənək - Önşəkilçilər (приставки)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 293
Səs ver:
(səs: 0)
Bundan əvvəlki dərsdən məlumdur ki, önlüklər və ya önşəkilçilər (приставки) əsasən fellərin yaranmasında böyük rol oynayırlar. Rus dilində aşağıdakı enşəkilçilər vardır (mötərizədə önşəkilçilərin variantları verilmişdir): без, в (во), вз (взо, воз), вы, до, за, из (изо), меж (между), на, над, наи, низ (низо), о (об, обо), от (ото), пере, пре, пред (предо), под (подо), при, про, роз (раз, разо), с (со, су), у, через (чрез).

Bu önşəkilçilərin əksəriyyətinin əsas mənası istiqamət bildirməkdir. (входить-выходить; подходить, заходить); önlüklərin bəziləri müxtəlif məkan münasibətləri də göstərir (подводный, надземный). Без (бес) önlüyü söz kökü ilə ifadə olunmuş bir şeyin iştirak etməməsini, olmamasını bildirir (бездарный, бесплатный, беспощадный). Keçən dərsimizdə qeyd etmişdik ki, müstəsna hallarda önlüklər xalis qrammatik məna kəsb edir və söz formalarının əmələ gəlməsində istifadə olunur.

Eyni önşəkilçi müxtəlif mənalarda işlənə bilər. Məsələn, götürək за önşəkilçisini. Onun aşağıda göstərilən dörd mənası vardır:
1) hərəkətin müəyyən edilmiş hüdudundan uzağa doğru genişlendirilməsi (залетал за черту);
2) hərəkətin son dərəcəsinə qədər axıra çatdırılması (закормить, захвалить);
3) yolüstü hərəkət, bununla əlaqədar olaraq bir iş də görmək (зайти по пути к товорищу);
4) hərəkətin başlanğıcı (запеть, заплясать) və s.

Önşəkilçilərin bir qisminə sözlərin çoxunda rast gəlinir və yeni sözlərin yaranmasında onlardan asan istifadə olunur. Məsələn: в,-на,-за; başqa önşəkilçilərə isə nisbətən az sözlərdə təsadüf edilir və yeni sözlər əmələ gətirməyə əslində kömək etmir. Misal üçün, па, пра, су və başqa önlüklər belələrindəndir: паводок (sel, daşqın, güclü sel), пасынок 1. ögey oğul, oğulluq; 2. bic, zoğ (bitkilərdə), падчерица (ögey qız, qızlıq), прадед (ulu baba, dədə-baba), прабабушка (böyük nənə), сумрак (alaqaranlıq, toran), сумерки (toran, qaş-qaralan vaxt, düşkünlük, dan şəfəqi) və s. Göstərilən bu önlüklər, habelə bəzi başqaları, məsələn, у-убогий (fağır, aciz) sözün kökü ilə o dərəcədə birləşmişdir ki, onlar kök tərkibinə daxil edilirlər, önlük kimi sayılmırlar.
Indi də söz önlüklərinin yazılışı haqqında bəzi məlumatlar
Bir samit hərfdən ibarət olan və ya samitlə bitən (з samitindən başqa) önlüklər gah kar, gah da cingiltili tələffüz edilmələrinə baxmayaraq yazıda dəyişmirlər: -в, -с, -от, -над, -под, -пред, -об (вдеть-вставит-отдать; оттащить və s).
Раз (рас), роз (рос), воз (вое), вз (вс), из (ис), низ (нис), без (бес), через-чрез (черес) önlükləri cingiltili samitlər və bütün saitlərdən əvvəl gəldikdə з ilə, kar samitlərdən (к, п, с, т, ф, х, ч, щ, ш) əvvəl isə с ilə yazılırlar; разбит-распилить; безразличный-чересчур (həddindən artıq, hədsiz, son dərəcə)  və s. Önlüklərdəki saitlər həm vurğu altında, həm də vurğusuz dəyişməyərək, eyni ilə yazılır (раз və розпоезд-поездка; проводы провожать; запись-записать və s.
Vurğu altında о tələffüz edildikdə роз (рос) vurğusuz isə а yəni раз (рас) yazılır: розвальни (kirşə xizək); lakin развалить (uçurmaq, xarabaya qoymaq, koma-koma tökmək); россыпь (dağıntı, səpmə, boşaltma, filizli torpaq layı, mədən, bolluq, xəzinz) вэ рассыпать (səpmək, töküb doldurmaq).
Samitlə bitən önlüklərdən sonra е, ё, я, ю hərflərindən əvvəl ь (разделительный) yazılır. Bu onu göstərir ki, samitlə sait səs arasında й tələffüz olunur: съел (сјел), объем, объявление, предъюбилейный və s.
Qeyd etmək lazımdır ki, ъ işarəsi ад, диз, ин, интер, кон, об, суб kimi latın önşəkilçilərindən sonra da qoyulur: объект (предмет), субъект (личность, деятель), адъютант və s. Lakin yadda saxlamaq lazımdır ki, а, о, у, hərflərindən qabaq heç vaxt ъ yazılmaz; сорганизовать, суметь, сагитировать, сэкономить və s.
Samitlə bitən önşəkilçilərdə и əvəzinə ы tələffüz edilir və yazılır: играть-сыграть-разыграть: итог-подытожить və s. önlüklərindən başqa);
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 293
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri