Xocalı faciəsini unutmuruq - İnşa

Müəllif: NoName
Şərhlər: 7
Baxılıb: 1877
Paylaş:
Səs ver:
(səs: 4)
26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin...  Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir  etməkdə. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi.  Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir.

loading...
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 1877
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Qlamurr
Xocalı bizim qan yaddaşımızdı,bir gecənin içində bu qədər insanın məhv edilməsi,insanlığın məhvidi......tşk....
11 fevral 2015 17:33
7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
leyla_258
XOCALI FACIESINDE NE QEDER ESGERLERIMIZ SEHID OLDU,ALLAH O ERMENILERI OLDURSUN,ALLAHLARINDAN BULSUNLAR,MEN HEC VAXT XOCAI FACIESINI UNUTMADIM,UNUTMAYACAM DA......
10 fevral 2015 18:02
6
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Fialka
Allah bu vəhşiliyi törədənləri əlbət cəzasız qoymaz
10 fevral 2015 09:39
5
Offline
BARBI
Allah olenlerimize rehmet elesin onlari nece unudariq
10 fevral 2015 09:33
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
efsane..
Allah rehmet etsin olenlerimize unudulasi facie deyil
10 fevral 2015 08:29
3
Offline
lili)
unudularmi o gece Allah koklerini kessin bu ermenilerin
10 fevral 2015 07:59
2
Offline
pozitiv
Unutmadiq
Unutmariq
Unutmayaciyiq!!!
10 fevral 2015 01:42
1
Saxta insanlara konlunu versen,orjinal acilar yasayarsan...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook